İtirsəm ağlaram mən
Özümdən tez ilhamım qocalsa, ağlaram mən,Könlüm xoş arzulardan boşalsa, ağlaram mənDüz yol seçdi gəncliyim,Oddan keçdi gəncliyim,Şerə köçdü gəncliyim,Şeirlərimin saçı ağarsa, ağlaram mən,Baharına yağış, qar yağarsa, ağlaram mən.
Dar gündə ağlamadım,Sinələr dağlamadım,Qaralar bağlamadım,Əlimdə bir gün qələm ağlarsa, ağlaram mən,Könüllərə yolumu bağlarsa, ağlaram mən.
Puçdur vüqarsız həyat,Zəhmətsiz, barsız həyat.Heçdir baharsız həyat.Nəğmələr baharımı itirsəm ağlaram mən,İlham adlı varımı itirsəm ağlaram mən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-itirsem-aglaram-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəribəlik görürəm öz-özümdə axşamlar,Sənin adın çəkilir hər sözümdə axşamlar.
Qurban olsunSevgilim, məclisə gəl, can sənə qurban olsun,Könül hicrində pərişan sənə qurban olsun.
Car çəkdimDünyaya car çəkib dünən öz inqilabımı,Dəfn etdim əllərimlə bütün iztirabımı.
Çimnaz xanım yuxudadırBir pərdəli komediya*İştirak edənlər
Стихи других поэтов · О природе
Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Müstədam olğıl həmişə, ey gözəl xanım mənimMüstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.
A dağlarÇiçəkli qoynunda bir bağça tikdim,Suvara-suvara göz yaşı tökdüm,