Məsumə
Olmuş hadisədir
Sərgərdan yaşından illər boyu sən,Bir zindan kəsildi qəlbinə vətən.Atan əkib biçdi, döydü, nə fayda,Bir pud da düşmədi payına ayda.Hökumət istədi, ağa istədi,O verdi, onlarsa yenə ver dedi.Sevinc qapınızdan çox uzaq keçdi,Yalnız ərbabların günü ağ keçdi.Ailə acından ölməsin, deyə,Əcəl zəfər çalıb gülməsin, deyə,Səni vaxtından tez verdilər ərə,Bir şey aparmadın getdiyin yerə.Orda da ehtiyac, orda da aclıq,Dərdin öz vəznindən qatbaqat artıq.Dilin qabar çaldı, acam, deməkdən,Bir kömək olmadı göydən, fələkdən.Bir oğul gətirdin dünyaya heyhat,Yenə də gülmədi üzünə həyat.Bir gün həbs edildi ömür yoldaşınVərəqə yayarkən...Ağardı başın.Bağlandı üzünə bütün qapılar,Bəlkə, bu dərdlərə çarə tapılar, –Deyə bürünərək cırıq yorğana,Qoşuldun şəhərə axan karvana.Daş-kəsəkli yollarla zülümdən qaça-qaça,Aclıqdan, susuzluqdan ölümdən qaça-qaça,Qucağında tək balan qoca Təbrizə gəldin,Burda da ehtiyacla, dərdlə üz-üzə gəldin.Öz ana vətənində nə iş tapdın, nə çörək,Xəstə ciyərlərində düyümləndi öskürək.
Özün kimi dilənən sonsuz acları gördün,Geniş meydanlardasa dar ağacları gördün.Baxıb kəndlərdən gələn qəm-kədər ordusuna,Ordu orduna keçmiş işsizlər ordusuna.Qana dönmüş bağrından qopdu acı nalələr,Yox edə bilərmi heç ehtiyacı nalələr?!Odlanan ürəyində odlar qalandı yenə,Dərdlərinin üstünə dərdlər calandı yenə.Gördün satqın ağalar səcdə edir dollara.Yenə böyük ümidlə çıxdın uzun yollara.Ayağın qabar-qabar çatdın Tehrana, heyhat,Burda da rast gəlmədin təmiz vicdana, heyhat!Jandarmalar yadlara salam verib, keçirlər,Səndən daşürəklilər üz döndərib keçirlər.Budur Tehran – canilər, fitnəkarlar yuvası,Boğur haqq deyənləri zəhərlənmiş havası.İçi əcnəbi dolu maşınlar gedib, gəlir,Açıq pəncərələrdən “tanqo” səsi yüksəlir.Bəli burda yaşayır Təbrizə qan udduran,Xalqın gözünü açan kitablara od vuran,Murdar, faşist ürəkli, qeyrətdən boş ağalar.Öz-özlərindən razı kobud, sərxoş ağalar.Burdadır o “Ağ ev”in elçisi yeni allah,Burdadır məmləkəti dollarlara satan şah.Sən yola çıxmışdın başqa arzuyla,Uddu Tehran səni qanlı ağzıyla.Evin yad, biganə küçələr oldu,Həmdəmin qaranlıq gecələr oldu.Tənha küçələrdə acından ölən,Gənc analar gördün, balalar gördün.Görmədin səninlə dərdini bölən,İşgəncələr gördün, bəlalar gördün.“Sevincim balamı, dərdim balamı? –Dedin, – daş doğsaydım, yaxşıydı bundan.Amansız ölümə məhkum balamı,Qarnımda boğsaydım yaxşıydı bundan”.Qanlı cinayətlər ocağında sən,
Bir günün içində on il qocaldın.Gəzib öz bəxtinin sorağında sən,Yenə yurdsuz qaldın, yenə ac qaldın.Şəhər kənarında hər zaman, hər an,Dağ kimi qalanmış meyidlər gördün.Şənlik yerlərində sərxoş, qudurğan,Əcnəbi geyimli zabitlər gördün.Azğın Amerika zabitlərinə,Baxdıqca gözlərin şimşəklər çaxdı.Hərdən göz vurduqca əclaflar sənə,Gözünün yaşları qəlbinə axdı.Dedilər: əllərin kimə gərəkdir,Satılmış ölkədə əndamını sat.Burda insandan da baha çörəkdir,Bəli bu torpaqda belədir həyat.Sən föhşi seçmədin, ölümü seçdin,Öz balandan keçdin, canından keçdin.Qucağında körpən, çıxıb bir dama,Bir geniş küçəyə atdın özünü.Ağzından torpağa qan dama-dama,Həyata əbədi yumdun gözünü.Əcnəbi ağalar laqeyd baxaraq,Dedilər, qadında vəhşiliyə bax.Özünü məhv etdin nədən, Məsumə?Belə deməmişdi vətən, Məsumə!Günah mühitdədir, səndə nə günah –Qoydu ürəyində arzu-kamını.İntiqam ordusu, inan ki sabah,Alacaq birə min intiqamını!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-mesume
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,Havasından udan, ömründə peşiman olmaz.
YoldadırKeçdi hicran dəmləri, nazəndə yarım yoldadır,Nazəninim yoldadırsa, laləzarım yoldadır.
YaraşmazNadanla əməl dostluğu insana yaraşmaz,Şəksiz necə ki, qarğa gülüstana yaraşmaz.
Beşgünlük deyilEy könül, amalımın dünyası beşgünlük deyil,Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil.
Стихи других поэтов
Ey Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.