Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!Can deyib, candan keçən cananın olsun, olmasın!Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,Canına bağlı bu can da canın olsun, olmasın?Bir gün hicran yollarında könlünə üz versə qəm,Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın!Şux çiçəklər, güllər öpsün gül dodağından gərək,Aşiqin bağçanda öz bağbanın olsun, olmasın!Mən Süleyman Rüstəməm, dillən görüm, yandım ki, mənGündə min yol can sənin qurbanın olsun, olmasın?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви