Bu ellər sevməyib, sevə də bilməz,Özgə şöhrətinə göz dikənləri.Özündən kiçiyə qanlar udduran,Özündən böyüyə baş əyənləri.

Könül, belə dostdan uzaq ol, uzaq,Gəl qaranı-qara, ağı-ağ yazaq.Dostlar cərgəsindən ömürlük pozaq,Baş yarıb, ətəyə qoz tökənləri.

Könül, dar günündə arxalan elə,Kimsədən çəkinmə, bir az səbr elə.Zaman amansızdır, atacaq çölə –Xalqın hesabına kef çəkənləri.

Gözüm götürməyir, nə edim ki, mən,Gündə bir gözəlçin “canından keçən”,“Sən, ilk sevgilimsən” – deyib and içən,Gözündən timsahtək yaş tökənləri.

Onlardan birinin “şerinə” baxın,Gözünüz ağrıyar, gözlük də taxın.Gəlin buraxmayaq məbədə yaxın,Sənətin başında turp əkənləri.

Ürəyi buzxana, başı buzxana,Deyir sönməz odam Azərbaycana.Qoymayın beləsi gətirsin cana,Ürəkdən-ürəyə yol çəkənləri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине