Özgə torpağına göz dikməmişəm,Mənə kifayətdir öz gülüstanım.Yolunda hazıram candan keçməyəVətəndir, Vətəndir şöhrətim, şanım.

Qardaş, xəbərdaram güzəranından,Gülləri yad dərən gülüstanından.Canım canındandır, qanım qanından,Yox, dözə bilməyir buna vicdanım.

Qəm-qüssə çəkməzdim bəlkə də bunca,Təbrizi görsəydim bir də doyunca.Vüsal həsrətilə Araz boyunca,Yolları yollara yamayan canım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке