Bağrı qanam, bağrı qan ömrümün bu çağındaQara xəbərlər gəlir od dərdli sahilimdən.Təşvişlər içindəyəm gecəli-gündüzlü mən,Çoxdan məktub almıram cənublu sevgilimdən.

Sən o tayda qalmısan, mən bu tayda qalmışam,Durna qatarlarından səni xəbər almışam.

Ötən əziz günləri bir-bir yada salmışam,Sənin dərdindən yazan qələm düşmür əlimdən.

Hansı millət dözərdi həsrətə, dərdə bunca?Bir-birinin üzünü görməsək də doyunca,Xəbərdarlıq xəbərdar uzun illər boyunca –Mən sənin nisgilindən, sən mənim nisgilimdən.

Ordan torpaq qatmışam bağımda torpağıma,Bəlkə təsəlli olsun sinəmdəki dağıma.Yayılır bahar çağı Təbriz ətri bağıma –O taylı, həm bu taylı çiçəyimdən, gülümdən.

O tayda gül əkənlər bağından tikan dərdi,Oğullar qurban verib min dərdə sinə gərdi.Mən dilli, mən arzulu qardaşlarımın dərdi –Əsrə bərabər etdi həsrətli hər ilimi.

Əmmamələr altında ilanlar görürəm mən,Böhtanlar görürəm mən, yalanlar görürəm mən.Əvvəli qan, sonu qan planlar görürəm mən.Deyirəm bu bəlalar uzaq olsun elimdən.

Xalqın həsrət çəkdiyi həqiqət zindandadır,İnsan ömrünə zinət – məhəbbət zindandadır.Fəlakət azad gəzir, səadət zindandadır.Bürüyür dəhşət mənim qəlb adlı mənzilimi.

Könül unuda bilmir o tayda gördüyünü...Fil belə çəkə bilməz, mən çəkən qəm yükünü,Buna əminəm ki, mən, yetişər vüsal günü,Yad beli eylər əvəz bu qəm yüklü belimi.

Nə qədər ki, sağam mən, nə qədər ki, varam mən,Öz eşqimə, andıma inan, vəfadaram mənƏn ağır günlərində sənə havadaram mən.Cəlladların başına od yağacaq dilimdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке