Sonbeşik
Əlağa Vahidin xatirəsinə
Baharda demirəm, payızda, qışda,Xəzrili şəhərdə, qarda, yağışda,Qalın dodağında qartmaqlı qəlyan,Başının üstündə tüstüdən duman,Əynində bozarmış bir nimdaş palto.
Qara çəkməsinin dabanı əyri,Qəzəl aləmində xəyalı, fikriXəlvət küçələrlə yol gedərdi o.Gənclik illərinin bahar çağında,Növbəyə durduqca söz dodağındaMeyxana deyərdi meyxanalarda,Bizi güldürərdi toyxanalarda.Öz titrək səsiylə qəzəl deyərdi,Böyük Füzulidən, Seyid Əzimdən.Bilsəniz nə qədər gözəl deyərdiOnu məhəbbətlə dinləyərdim mən.Həyatda çatmırdı yalnız bir şeyi,Nə tütündən doydu, nə meydən doydu.Ömrünü azaldan zəhrimar meyiÖzgəyə qıymadı, özünə qıydı;Bir şeir eşqiylə yanarkən ürək,Onu xatırladım bu axşam yenə.Nə qədər içdiyi nəyimə gərək,Nə qədər yazdığı gərəkdir mənə.Nəfəs dərə-dərə danışdıqca o,Ürəkdən odlanıb alışdıqca o,Kağızlar üstündə gəzərdi qələm, —Dəryada yelkəntək üzərdi qələm,Masazır kəndindən gələn bir uşaq,Bakıda qocaman şairə döndü.Öz qəzəl mülkündə yandırdı çıraq,Gecənin zülməti gözündə söndü.Sinəsi söz dolu bu vətən oğluSevgi aləmində axtardı gövhər.Gördüm üzügülər onu hər zaman,Görmədim həyatda usandığını.Toz kimi havaya sovurdu yamanUzun illər boyu qazandığını.Başında təzə bir eşqin sevdası,Gözəllər yolunda ağartdı yolu.Qəlbində qəzəlin, şerin mayası,
Cibində beş qəpik tramvay pulu.Qolunda bir gözəl görən olmadı,Lakin gözəllərə yazdı min qəzəl.Dünyanın dərdini vecə almadı,Çirkin də gözünə göründü gözəl.Yaşadı xəbərsiz şandan, şöhrətdən,Qaçdı dəbdəbədən, qaçdı qeybətdən.Onun öz nəfəsi, öz səsi vardı,Özünə bənzəyən nəğməsi vardı.Şeri nasiranə olmasın deyə,Nə roman oxudu, nə də hekayə.Gəzdi bu torpaqda, gəzdi Təbrizdə,Səslədi ayüzlü şux nigarını,Yox, ögey bilmədik ailəmizdəKeçən əsrimizin yadigarını.Bir üzdə göründü qışda, baharda,Qələmsiz qalmadı titrəyən əli.Bilməyən varmıdır, toyda, mağardaOxundu əlli il şeri, qəzəli.Elə ki əllini adladı yaşı,Qoca Savalantək ağardı başı.Adını çəkdilər hər yerdə təkrar,Özünü məclisə çağırmadılar.O bunu dərd edib gileylənmədi,Öz qəzəl taxtından yerə enmədi.Bir gün gözlərini yumdu həyata,Hamı rəhmət dedi bu əziz ada.Toyxana, meyxana qaldı Vahidsiz,Dostlar yana-yana qaldı Vahidsiz.Onu apardılar Dağüstü bağa,Orda düzəltdilər ev-eşiyini,Öpüb tapşırdılar ana torpağaQəzəl dünyamızın sonbeşiyini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-sonbesik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.
Məktuba cavabElin ağsaqqalıdır, şairimiz etsə qəbul.*Şerimi töhfə kimi sadə o insana verin.*
MüəllimMüəllimlik müqəddəs bir sənətdir həyatda,Müəllimin hər sözü həqiqətdir həyatda.
Əlin yandı, dilin yandı“Məni candan usandırdı,*Cəfadan yar usanmazmı?*
Стихи других поэтов
بسیار بی حقیقت و بسیار کودنی
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız