Zəfər dolu kitabında VətəninHər igidin şöhrəti var, adı var.Dastanlarda bu gün belə kişnəyən,Bozat kimi, Qırat kimi atı var.

Qan qardaşım, yadındamı o illər,Bir-birinə nələr dedi könüllər?!Ömrümüzə yazdıq təzə fəsillər,Ağızlarda o günlərin dadı var.

Gecə-gündüz qələm düşmür əlimdən,Nigaranam o taydakı elimdən.Süleymanam, od tökülür dilimdən,Ürəyimdə ayrılığın odu var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов