Yorulmamışam
İlləri illərə calasam da mənYurdumu gəzməkdən yorulmamışam.Cənub həsrətliyəm, vüsal eşqinəHicrana dözməkdən yorulmamışam.İlk bahar nəfəsli tər çiçəklərinƏtrini çəkməkdən yorulmamışam.Cənublu bacımın, qan qardaşımınDərdini çəkməkdən yorulmamışam.Ötən durnalardan yaxınlarımınHalını sormaqdan yorulmamışam.Hicran karvanının sarbanı olubYolları yormaqdan yorulmamışam.Təzə nəsillərə candan, ürəkdənBitməyib xidmətim, yorulmamışam.Dar gündə, ağ gündə vətən deməkdən,Bilir ki, millətim yorulmamışam.Dostluq dünyamızın şənliklərindəSevinib gülməkdən yorulmamışam.Başım ağarsa da, xoşbəxtliyimdənSevib-sevilməkdən yorulmamışam!
Bəzən nəfəsimi dərsəm də yoldaUğurlu səfərdən yorulmamışam.Gah tufan, gah boran görsəm də yolda,Soruşun Xəzərdən, yorulmamışam.Döyüş meydanının ön səngərindəÖzümü görməkdən yorulmamışam.Qara əməllərə, yad meyllərəSinəmi gərməkdən yorulmamışam.Şerimi süngütək düşmənin, yadınBağrına taxmaqdan yorulmamışam.Yurdumun nazənin gözəllərinəŞairtək baxmaqdan yorulmamışam.Bütün yer üzünün millətlərini
Sülhə səsləməkdən yorulmamışam.Qəlbimdə düşmənə əbədi nifrət,Qisas bəsləməkdən, yorulmamışam.Yaxşıya hörmətdən, pisə nifrətdənHeç zaman, heç zaman yorulmamışam.Gənclərlə qaynayıb-qarışmağımdanHələ mən Süleyman yorulmamışam.İlham dəryasına təzə söz üçünHər gün tor atmaqdan yorulmamışam.Nə qələm qocalıb, nə də ki, qəlbim,Yazıb-yaratmaqdan yorulmamışam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-yorulmamisam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zindanda, ah sataşdı gözüm xəstə bir qıza,Dillən! – dedim, o bəxti qara, sönmüş ulduza.
Vətən yandıO qədər nalə etdim ki, qızardı lalətək bağrım,Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı.
TanışdırQəfəsdən qurtulmuş yaralı şirəm,Zəncir vura bilməz cəlladlar mənə.
Ürəyim parçalanırMəncə, hər doğru məhəbbətdə siyasət olmaz,Olsa bir azca siyasət, o, məhəbbət olmaz.
Стихи других поэтов · О родине
Mən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
GörünürHəyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Qaç, at basdı! ("Qaç, oğlan! Qaç, at basdı! millət gəlir!")Эй, не зевай! Раздавит конь! Народ лихой идет!На всю страну, из края в край, и шум, и вой идет!