Birinci pərdə
İkinci şəkil
Sandro otağının qapısını açır, Vəli, Ağa Saleh, Ağa Şirəli və Musa bəy daxil olurlar.
Vəli Ağa. Sandro!
Sandro. Padano.
Vəli Ağa. Qatso! Dünya nədən ibarətdir?
Sandro. Ağa, şərabdan, qızdan, qurzinsqi düdükdən.
Vəli Ağa. Malades Sandro, keçmişləri unutmamısan. Hanı Tiflisdə sizin qəstində kef etdiyim günlər? Hanı Marqo, hanı Tamara...
Sandro. Ağa, Marqo dünən Tiflisdən gəlmişdir.
Vəli Ağa. Sandro, bu müzdə ilə məni diriltdin. Al. (Pul verir.) Bu sənin müştuluğun, qoy başqa lakey padavat etsin. Sən Marqonun dalınca get.
Sandro. Ağa, xəbər etmişəm gələcəkdir.
Ağa Saleh. Sandro, bizim qızlara da xəbər vermisənmi?
Sandro. Bəli xozeyin vermişəm.
Ağa Şirəli. Sandro stolu düzəlt, mən acından ölürəm.
Sandro. Ağa bu saat. (Çıqır.)
Ağa Şirəli. Ağa Saleh, eşitdim bu gün rabocilərin zabastovqa ediblər?
Ağa Saleh. İstədilər müzdlərin artırsınlar, öz yerlərini də itirdilər.
Musa bəy. Xozeyin, gərək bir qədər artırıb ağızlarını yumaydın. Gündə on iki saat zəhmətə heç bir fəʼlə dözməz.
Ağa Saleh. Neyə dözməz, qoy bir-iki gün aç qalsınlar, hamısı gəlib ayaqlarıma yıqılıb yalvaracaqlar. Allah onları bizlər üçün işləməyə yaradıbdır.
Vəli Ağa. Bizləri də şampanski içməyə. (Sandro daxil olur, stola içki və yemək qoyur.)
Ağa Şirəli. Ay sağ ol Sandro. Şampanskini buza qoymusanmı?
Sandro. Bəli qoymuşam.
Vəli Ağa. Sandro – qızlar necə oldu?
Sandro. Ağa bu saat gələrlər.
Ağa Saleh. Vəli Ağa tamada vəzifəsi siz ilədir.
Vəli Ağa. Oğul deyirəm bu gün mənimlə içə bilsin. Hamınızı şahid edəcəyəm. (Bu halda Lida, Marusya və Zina daxil olurlar.)
Qızlar. Urra.
Xozeyinlər. Urra.
Lida. Şiroçqa. (Ağa Şirəlinin üstə yüyürür.)
Marusya. Sali (Ağa Saleyin üstə yüyürür.)
Zina. Musiçqa, Musiçqa. (Musa bəyin üstə yüyürür.)
Vəli Ağa. Sandro, evimi yıqdın. Marqo harda qaldı. Məni xanımsız qoydun.
Sandro. Ağa bu saat gedim gətirim. (Gedir.)
Ağa Saleh. Tamada nə yatmısan? Xanımlar içmək istəyirlər.
Vəli Ağa. Bu saat kim nə içmək istəyirsə desin: qonyaq var, zubrovqa var, benedektin var, nastoyaşşiy smirnovqa var.
Ağa Şirəli. Mən qonyaq içəcəyəm.
Ağa Saleh. Mən də.
Marusya. Mən votqa içəcəyəm.
Vəli Ağa. Sağ olsun Marusqa xanım, mən özüm də votqa içəcəyəm.
Ağa Saleh. Marusya, nastoyaşşiy rusdur. (Bu halda Marqo və çalğıçılar daxil olurlar.)
Valya, Valiçqa. (İstəyir Vəli bəy tərəfə gəlsin.)
Vəli Ağa. Marqo, yerində dur. Ustalar çalınız! Marqo, ordan süzə-süzə gəlib mənlə görüşərsən. (Çalğıçılar çalırlar, Marqo da oynaya-oynaya gəlib Vəli ağa ilə görüşür.)
Ağa Şirəli. Sağ olsun Marqo, nə gözəl oynayır.
Ağa Saleh. Sağ olsun belə Gürcüstan tavadı. Qaspada Marqo xanımın sağlığına içək. (İçirlər.)
Ağa Şirəli. Devran bizimdir, bizim.
Ağa Saleh. Mülki-süleyman bizimdir bizim.
Vəli Ağa. Marqo xanım da mənimdir mənim.
Ağa Şirəli. Çarxı-fəʼləyi döndərən olmaz.
Ağa Saleh. Biz ağaları bu busatdan endirən olmaz.
Vəli Ağa. Sandro, şampanski və meyvə gətir.
Sandro. Bu saat ağa. (Gedir.)
Marusya. Sali, pul var?
Ağa Şirəli. Var, var.
Lida. Şiroçqa, ev var?
Ağa Şirəli. Var, var.
Marqo. Valiçqa, mülk var?
Vəli Ağa. Duşoçqa var, var.
Zina. Musiçqa, pəs sənin nəyin var?
Musa bəy. Bənim də səni sevən ürəyim var.
Zina. Fu! O hammalda da var. Dilənçidə də var. (Sandro şampanski və meyvə gətirir, ağalar yemək içməyə məşğul olurlar, səssiz bir-birlərinin sağlığına içirlər söhbət edirlər.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-carxi-felek-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.Pinəçi Qafar** (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).
İkinci şəkilƏhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Стихи других поэтов
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
در سنگ اگر شوی چو پار ای ساقیبر آب اجل کنی گذار ای ساقی
EyləsinBir kimsə yox izhar edəm dərdimi,Deyəm durub mənə dərman eyləsin.
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.