Содержание
  1. Üçüncü şəkil
  2. Əvvəlinci səhnə
  3. Dördüncü şəkil
  4. İkinci şəkildəki səhnə

Üçüncü şəkil

Əvvəlinci səhnə

Piri-Fani. Ey məndən dərdlərinə çarə istəyən füqərayi-kasibə! Siz o vaxtı bu əziyyətdən, bu zillətdən xilas olarsınız ki, çarxı-fələk sizə tərəf çönə. O zaman bu qurumuş ağac kötüyü göyərər, əlvan çiçəklər ilə bəzənər, yapraqlanar, bar verər. Onun çiçəkləri, yaprakları və meyvələri adi nəbatat kibi olmaz. Hər çiçəyin başqa bir rəngdə yapraqları və meyvəsi, həmçinin yer üzündə gördüyünüz və eşitdiyiniz cavahir, altun və gümüş kibi ziqiymət daşlı o məʼdən şeyləri bu ağacda əmələ gəldikdə Simürğ adında bir quş uçub gələr. Bu ağacda məskən edər, onu qoruyar. Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz Simürğ qağası ilə dərib atar.

Allahqulu. Ey pir baba, sənə canım qurban. O zaman haçan olar?

Piri-Fani. Onun vaxtını bilmək olmaz. Fəqət səbr edib zəhmətinizdə davam edərsinizsə, elə neʼmətə nail olarsınız.

Bahadir (ucadan qəhqəhə ilə gülür).

Piri-Fani. Nəyə gülürsən ey cavan?

Bahadir (ayağa qalxıb ona tərəf gəlir). Sənin belə dediyin əfsanəyə gülürəm. Ey əqlin qayib etmiş qoca, Neçin bu əvam zavallıları belə xurafat ilə aldadırsan. Bu qurumuş, çürümüş, qurtlanmış kötük yenidən göyərərmi? Çiçəklərmi? Belə əfsanə ilə məzlumları aldatdığın yetər. Al! (Ayağı ilə vurub ağac kötüyünü sındırır.)

Hamı. Ah..

Piri-Fani (ayağa qalxıb). Nə etdin? Ey dəliqanlı. Bu biçarələrin umud çırağını söndürdün.

Bahadir. Elə yalançı çıraqlar çoqdan sönməli idi.

Piri-Fani. İndi nə etmək istəyirsən?

Bahadir. İndi çarxı döndərmək istəyirəm.

Piri-Fani. Bacarmazsan, çoqları bu yolda fot olmuşlar.

Bahadir. Qəhraman, Fərman, Nadir yoldaşlar heç bir fikir dünyada qurbansız yeriməmiş. Hərgah çarx məni vurub fot edərsə, Qəhraman dalınca sən gələrsən, sonra Fərman, dalınca Nadir ta çarx saqlayıb tərsə çöndərməyincə əl çəkməyin. Haydı igit yoldaşlarım.

Qəhraman. Yoldaş Bahadir toqda. Sən bizim rəhbərimizsən, sənin sağ qalmağın bu məzlumlara lazımdır. Əvvəl mən qurban olmaq istəyirəm. (Atılıb çarxın pərindən dutur çarx onu kənara atır.)

Hamı. Ah zavallı. Öldü. (Qurban özünü atır çarx onu da vurur.)

Piri-Fani. Dayanın divanələr, (Bahadir çarxdan dutub saxlayır. Nadir kömək edib çarxı döndərirlər).

Pərdə

Dördüncü şəkil

İkinci şəkildəki səhnə

Ağa Şirəli (qışqırır). Aman toqdayın, qərq oldum tufan, tufan...

Ağa Saleh. Ədə Musa bəy qoyma, qoyma. Çarx dönmüş, tormozla, tormozla.

Musa bəy. Ay xozeyin, bu fələk çarxıdır. Ona tormoz vurmaq olmaz.

Vəli Ağa. Vay bizim halımıza, çarxi-fələk indi tərsinə dönmüş. (Bahadir və yerdə qalanlar odaya girirlər.)

Bahadir. Ay ağalar, indi çarxi-fələk sizlər üçün tərsinə dönmüş. Piri-Faninin kumasına buyurunuz. Bizə söyləyən kibi sizə də gözəl-gözəl nağıllar söyləsin. Qurumuş ağacda sizin üçün cavahir bitirsin. Altun meyvələr dərib versin. (Ağalar məyus başlarını aşağı salıb piri-Faninin kumasına tərəf gedirlər.)

Bahadir. Xanımlar siz də ağalarınızın qulluğuna təşrif aparınız.

Marqo. Biz burada siz ilə qalmaq istəyirik.

Bahadir. Bizim nə pulumuz var, nə də şampanskimiz. Buyurun gedin. (Qızlar gedirlər.) Sandro bu içkiləri, zadı buradan götür.

Sandro. Ağa bu saat.

Bahadir. Biz ağa deyilik. Yoldaşıq.

Sandro. Bəli, bəli yoldaş, yoldaş.

Bahadir. Ustalar, internasional çalınız. (Onlar da çalırlar).

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü pərdə

Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.

5 мин
Beşinci pərdə

Səhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur. Məhərrəm bəy gəlsin, gərək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən qol deyil. Elə hesab verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və qızılları yoxlayım. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazların şəfəqi gözlərimi qamaşdırır. Bu irilikdə mirvarı, bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz.

3 мин
Uşaqlıq həyatımdan xatirələr

Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir.Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, tə’lim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində kimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.

27 мин
Tərcümeyi-halım

Mən, 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində anadan olmuşam. Hələ uşaq yaşlarında ikən atam ölmüş, anamın himayəsində qalmışam. 1885-ci ildə dayım Səfərəli Vəlibəyovun (seminariya müəllimi) yardımı ilə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şö’bəsi yanında olan ibtidai məktəbin əlifba sinfinə qəbul olunmuşam.1894-cü ilin iyun ayında seminariyanı bitirib, həmin il oktyabrın birində Bakının üçüncü şəhər rus-tatar məktəbinə müəllim tə’yin olunmuşam.

7 мин

Стихи других поэтов