Birinci pərdə
Страница 3 из 3 · 67%
Xalisə nənə (gəlir). Əlimərdan getdimi? Vay, qızım, ağlayırsan?
Yasəmən. Xalisə nənə, necə ağlamayım, bu birəhm fələk mən zavallını elə tilsimə salıbdır ki, sevkili ərimin gəlməsi mənim üçün qorxu, getməsi bəla. (Ağlayır.)
Xalisə nənə. Qızım, yenə də səbir etmək lazımdır, hər bir qara günün bir ağ günü də var.
Bu halda Səfi bəy, pristav və üç strajnik daxil olurlar.
Səfi bəy. Tərpənməyin! Pir kişi, Əlimərdanın yerini de.
Pir baba. Səfi bəy, Əlimərdan burada yoxdur.
Səfi bəy. Yalan deyirsən, quldurbaşı qardaşın oğlunu elə vermək istəmirsən. Fəqət, mən sənə dedirdərəm. Bunları alınız.
Strajniklər onları əhatə edirlər.
Pir baba. Səfi bəy, arvadları nə üçün qorxudursan, mənə inanmırsan, buyur axtar.
Səfi bəy. Mən dedim ki, sən özün yerlərini göstərəsən, taki həm bu arvadları, həm də özünü Sibir sürgünündən xilas edəsən. İndi Əlimərdan buradan çıxsa, tənbehin böyük olacaqdır. Tüfənglərinizi bunların döşlərinə tutun. (Strajniklər tuturlar.) Belə hazırda durarsınız, üzərinizə tüfəng açılsa, üçünü də güllələyib yerə yıxarsınız. Sən, İsrafil bəy, dalımca gəl.
Komaya girirlər. Bir azdan sonra çıxırlar.
Pristav. Səfi bəy, yəqin o evdə gizlənmişlər, oranı axtarmalı.
Səfi bəy. Doğru.
Bu halda Hacər xanım otaqdan çıxıb qaçaraq gəlir.
Hacər xanım. Səfi bəy, toxda, bunları nə üçün güllələyirsiniz?
Səfi bəy. Çünki Əlimərdanı burada gizlədib, yerini demək istəmirlər.
Hacər xanım. İndi sizə mə’lum oldu ki, Əlimərdan burada ola bilməz.
Səfi bəy. Bəli, Şahbaz bəyin arvadı olan yerdə Əlimərdan ola bilməz. (Pir babakilə.) Azadsınız, Hacər xanım siz burada nə qayırırsınız?
Hacər xanım. Şəhərə gedirdim, buraya döndüm ki, Züleyxa xalamın sifarişini Pir babaya yetirim.
Səfi bəy. O yolda duran fayton sizinkidirmi?
Hacər xanım. Bəli.
Səfi bəy. Hacər xanım, heç bilirsinizmi sizi nə böyük bəladan xilas edirəm. Əlimərdanın quldur dəstəsi meşədədir. Mən onu əhatə etmişəm. Bu gün dayım İlyas bəyin intiqamını ondan alacağam. Buyurunuz gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. Şəhərə getmək mümkün deyil.
Hacər xanım. Pir baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir baxım.
Səfi bəy. Hacər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir?
Hacər xanım. Siz bilirsiniz ki, Yasəmən mənim sevkili xidmətçim olmuşdur. Onun və bu mə’sum uşağın nə günahı var? (Yasəməndən uşağı alıb öpür.) Yasəmən, səni və bunu bir allaha tapşırıram.
Tüfəng səsi gəlir.
Səfi bəy. Hacər xanım, gedək.
Hacər xanım. Xudahafiz. (Gözlərini silib, gedirlər.)
Yasəmən. Ey uca tanrı, mən də sevkili ərimi sənə tapşırıram.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-esq-ve-intiqam-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.Pinəçi Qafar** (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).
İkinci şəkilƏhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Стихи других поэтов
Bəy deyiləm, xan deyiləm yaxşı bax,Zəri-ziban, qızılım yox, malım yox.
اگر بخواهد جانم بجای دل جانانبجان جانان گر زو دریغ دارم جان
Cadu gözünə rahibü tərsa nə münasibCadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən