Əşrəf
Страница 4 из 4 · 75%
Nikolay İvanoviç dedi:
– Hərçənd ki, mənim Qazan edadi məktəbinə tə’yin olunmağımda qulluğuma əskiklik yoxdur, bil’əks, Qazan daha böyük və darülfünu olan bir şəhərdir, ancaq Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi.
Nikolay İvanoviç Qazan şəhərini qabaqda da bir neçə dəfə görmüşdü. Amma arvadı birinci dəfə idi ki, bu şəhəri görürdü. Sofiya Aleksandrovna uzaqdan Qazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi:
– Doğrudur, Qazanın görünüşü yaxşıdır, amma abi-havası, təmizliyi Samaraya çatmaz. Havasının təbiəti belədir ki, yayda çox isti və qışda çox soyuq olur. Bu şəhərin natəmizliyinə gəldikdə, Volqa nəhrinin sahilində olan şəhərlər arasında birincidir. Mən çox qorxuram ki, sən bu şəhərin abi-havasını götürməyəcəksən.
– İnşallah, heç şey olmaz, – deyə Sofiya Aleksandrovna ərinə cavab verdi.
Barsovlar edadi məktəbinin yaxınlığında bir ev tutub, sakin oldular. Nikolay İvanoviçin qorxduğu şey başa gəldi. Belə ki, arvadı Qazanın abi-havasını götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi:
– Səbir et, əzizim, yay tə’tili başlanan kimi, səni götürüb Samaranın bağlarına aparacağam. Özüm isə ərizə verib, yenə köhnə yerimi istəyəcəyəm; hərkah verməsələr o vaxt mən də qulluqdan iste’fa verəcəyəm.
Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmkin keçirdi. Tamam gün onun otağında qalıb, şəkil və oyun şeyləri ilə məşğul olurdu. Onunla oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi.
Nikolay İvanoviç dərsdən qayıdıb, bir də dərsə gedənədək, gününü azarlı arvadının yanında keçirirdi. Ancaq bir-iki dəfə arvadının təvəqqəsinə görə Əşrəfi kirşəyə mindirib gəzdirmişdi.
Qazanın çovğunlu və boranlı qışı axıra yetdi. Bahar günəşi havanı, torpağı qızışdırmağa başladı. Qar əridi, Qazanka və Volqa çayları buzdan azad oldular. Ağaclar çiçəklənib, otlar köyərdi.
Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi təz-təz gəzməyə aparırdı. Qazan bağlarının içində «Russkaya Şvetsariya» adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünki bu bağ hündür ağacları ilə vətəni Qafqaza çox bənzəyirdi. Bu bağın bir tərəfində uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar.
Bir dəfə Sofiya Aleksandrovna Əşrəfə Qafqaz libası geyindirib, həmin bağa apardı. Onu uşaqların içinə qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir skamyada oturub, qəmkin-qəmkin uşaqlara baxırdı. İki uşaq, biri oğlan, biri qız, Əşrəfi belə qəmkin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi.
Bu bağ, bu oynayan uşaqlar, Əşrəfin yadına vətənlərini, ata-anasını və Həsən lələsini saldı. Zavallı uşaq başını skamya üzərinə qoyub, həzin-həzin ağlamağa başladı. Uşaqlar onun ağlamağını görüb, başına yığıldılar. Birisi ona oyun şeyi verdi ki, ağlamasın, o biri uşaq əlinə konfet uzatdı. Bir balaca qız da yaylığını çıxarıb, onun gözlərini sildi. Bu uşaqların içində doqquz yaşında, üstü Avropa libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq Əşrəfin paltarından onun bir müsəlman olduğunu zənn edib, onunla belə sual-cavab etdi:
– Sin müsəlmanmisən?
Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi:
– Hə, müsəlmanam!
– Adın nəçidir?
– Əşrəf!
– Niçi yaşın bar?
Əşrəf «niçin», «bar» ləfzələrini anlamadı isə də «yaş» sözündən sualı başa düşdü və dedi:
– Mənim yeddi yaşım var!
Mustafa da Qazan uşağı olduğundan Əşrəfin dilini yaxşı anlamayırdı; o, Əşrəfdən soruşdu:
– Sinin atan barmı?
– Yoxdur, atam ölübdür!
Sonra Mustafa Əşrəfin əlindən tutub dedi: – Yıblama, kəə, minimlən kitik! (Ağlama, dur, mənimlə gəzək!)
Əşrəf durub onunla gəzməyə getdi. Əşrəf öz başına gələni ona nəql edirdi. Mustafa onun dilini tamamilə anlamayıb, ancaq bə’zi sözlərini başa düşürdü.
Mustafanın atası, Bürhanəddin adlı dövlətli bir müsəlman idi. Sənəti sovdakərlik idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm də rus dili oxudurdu. Mustafa hər gün qulluqçuları ilə gəlib, «Russkaya Şvetsariya» bağında oynayırdı. Mustafa Əşrəfə yarıtürk və yarırus dili ilə qandırmışdı ki, hər gün bu bağa gəlib oynasınlar; Əşrəf də buna razı olmuşdu. Bu vaxtdan başlayıb, Əşrəf və Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovnaya mümkün olmayan vaxt, Əşrəfi qulluqçularına qoşub, bağa gəzməyə göndərərdi. Mustafanın sə’yi ilə Əşrəf az vaxtda Qazan dilinə də aşina oldu. Sofiya Aleksandrovna bağda Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq olduğuna görə Əşrəflə yaxınlaşmağına özü sə’y edirdi. Bundan əlavə Əşrəf bir müsəlman uşağı olduğunu mülahizə edib, fikir edirdi ki, divan vasitəsilə Əşrəfin ata-anası və qohum-əqrəbası tapılacaqdır. Mustafa Əşrəfi qonaq çağırıb, onu öz ata-anası ilə tanış etmişdi. Əşrəf onların hər ikisinə çox xoş gəlmişdi. Mustafanın anası Ayişə, hər onu görəndə bağrına basıb əzizləyirdi, öpürdü və onun halına yanırdı. Əşrəfin də Ayişə çox xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu öpərdi, çünki onun bir suyu anasına oxşayırdı. Əşrəfin vasitəsilə Barsovalar da onlar ilə tanış olub, gedib gəlirlərdi. Bu iki külfət bir-birini sevib dost oldular. Sofiya Aleksandrovna Qazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər naxoş olub, may ayının axırında vəfat etdi. Onun ölümü vəfalı ərini çox qəmkin etmişdi. O idi ki, yay tə’tili başlanan kimi qəmini dağıtmaq üçün Avropa səyahəti fikrinə düşdü. Əşrəfi özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti Bürhanəddinkildə qoydu; onlar isə, Əşrəfi çox şadlıq ilə qəbul etdilər. Yay tə’tili qurtardı. Nikolay İvanoviç gəlib çıxmadı. Bürhanəddin bu barədə edadi məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviçin Paris şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmkin etdi.
Əşrəf Bürhanəddinkildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-esref
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*
İkinci pərdəSəhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Üçüncü pərdəSəhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.
Dördüncü pərdəSəhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.
Стихи других поэтов
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Həq əzəl meyxanəsindən verdi bu cami manaHəq əzəl meyxanəsindən verdi bu cami mana,Kainat əhli təəccüb qıldılar qamu mana.
İstiqbalımız parlaqdırAçar firdovsi-hürriyyət, füyuzabad olar aləm,Gülər sübhi-həqiqət, mə'dələtmö'tad olar aləm,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,