İllər boyu səni gəzdim,Ay gecikən məhəbbətim!Getdi gənclik təravətim,Ay gecikən məhəbbətim!

Mən bir yanda sənə möhtac,Sən bir yanda gəzdin əlac.İki qəlbdə bir ehtiyac,Övladıyıq bir həsrətin,Ay gecikən məhəbbətim!

Saç ağartdım bu yollarda,Harda idin, söylə, harda?Bir yarpağam, son bahardaSaralıram yetim-yetim,Ay gecikən məhəbbətim!

Sən əzabsan, göz yaşısan,Bəxtimin son naxışısan,Bəlkə tale qarğışısan,Bəlkə də ilk səadətim,Ay gecikən məhəbbətim!

Ürəyimdə adın gəzər,Gizli ağrın – odun gəzər,Bir ilahi qadın gəzər,Son ümidim, son niyyətim,Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş,Poz qanunu, sədləri aş.Sevə-sevə öləydim kaş,Sən olaydın vəsiyyətim,Ay gecikən məhəbbətim!

Bir könül var əmanətdir,Acısı da şirin dərddir.Bir qadına xəyanətdir,Bir gözələ sədaqətim,Ay gecikən məhəbbətim!

Cəza varsa, verən gəlsin,Könlü hicran görən gəlsin.Məcnun gəlsin, Kərəm gəlsin,Desin nədir qəbahətim,Ay gecikən məhəbbətim!

Bir xəstəyəm, əlacım sən,Bir koram, əl ağacım sən,Görüşünə əl açım, sən, –Sən ol mənim son qismətim,Ay gecikən məhəbbətim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов