Yenə var-dövlətin başından aşır,Şöhrətin dünyanı gəzib dolaşır,Adına, şəninə zəfər yaraşırHər günü bir dastan Azərbaycanım!Ay mənim qəhrəman Azərbaycanım!

Dadlıdır, halaldır çörəyin, duzun,Min nemət yaradır mərd oğlun, qızın,Xoşbəxtsən, parlayır tale ulduzun.Yolları çıraqban Azərbaycanım!Ay mənim qəhrəman Azərbaycanım!

Doğma partiyadır böyük sərkərdən,Sənə təbrik gəlib əziz rəhbərdən,Yüksəlib ucaldın bu xoş xəbərdən –Sevinci bir ümman Azərbaycanım!Ay mənim qəhrəman Azərbaycanım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов