Məhəbbət nəğməsi
Mübarəkdir dostluğun, sədaqətin bayramı!Polad kimi sarsılmaz bir dövlətin bayramı!Qoy ürəyim sevincdən qanadlanıb quş olsun,Yer səsimə qoşulsun, Göy səsimə qoşulsun.Xəzərin dalğaları bayram alqışı olsun,Sağlıq kimi nəğməmi içənlərə nuş olsun,Mübarəkdir dostluğun, sədaqətin bayramı!Polad kimi sarsılmaz bir dövlətin bayramı!Rəhbərimiz nə gözəl düşünüb, fikirləşib,Bir bayrağın altında bütün xalqlar birləşib.Nəhəng çaylar qovuşub, uca dağlar birləşib,Günəş kimi yanmağa gur çıraqlar birləşib,Yer üzünə nur saçır bu vəhdətin bayramı,Polad kimi sarsılmaz bir dövlətin bayramı.Bu dostluqla çıxmışıq əsrin imtahanından,Uğrunda qəhrəmanlar keçib şirin canından.Qoy düşmənlər biryolluq əl çəksin gümanından,Yel olub keçə bilməz bu birliyin yanından,Alovlarda yaranmış bu qüdrətin bayramı!Polad kimi sarsılmaz bir dövlətin bayramı!Bir süfrənin başında nemətimiz bərabər,Hüququmuz bərabər, hörmətimiz bərabər.Bir məclisdə sözümüz, söhbətimiz bərabər,Ana yurda borcumuz, xidmətimiz bərabər,Mübarəkdir bir eşqin, bir niyyətin bayramı!
Etibarın, vəfanın, dəyanətin bayramı!Millət var ki, yurdu yox, dərdi-səri Vətəndir,Hər nəğməli ürəyin şah əsəri Vətəndir,Hər taleyin günəşli ilk səhəri Vətəndir,Bu bayram hər ölkənin, hər millətin bayramı!Qoy səsimiz, nəğməmiz yer üzünə car olsun,Bu birliyi yaradan əllərimiz var olsun!Bir-birinə can deyən dillərimiz var olsun!Qış fəslində yaz olub təbiətin bayramı!Çiçəklənib xalqlara məhəbbətin bayramı!Bu bayramla başlanıb arzu, murad günümüz,Əbədilik zülümdən, qəmdən azad günümüz,Haqqın təntənəsidir, həqiqətin bayramı!Mübarəkdir dostluğun, sədaqətin bayramı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-mehebbet-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Öləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Şəhid meşəO uzaq illərin xatirəsidirÜrəyi kövrəldən, gözü yaşardan.
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.