Dedim? – Başım ağrayır,Dedi: – Əlacı məndə,Gedər azar-bezarınXəzərin sahilində.Hardan taparsan, ay dost?Mən də bilməyib dedim:Yaxşı ki, varsan, ay dost.Gəldik sahil bağınaTəmiz hava udmağa,Dünyanın qayğısını,Dərdini unutmağa.Yanımızdan qol-qolaİki cavan ötüşdü.Mən baxdım, öz gəncliyimBirdən yadıma düşdü.Oğlan öz pencəyiniQızın çiyninə saldı.Bir anda başımdakıAğrılar da azaldı.Şeir axdı qəlbiməPıçıldadıqca onlar.Yanımdakı dilləndi:– Çox pozulub cavanlarAbır-həya qalmayıb,Sən işə bax, dərdə bax.Gör qaranlıq düşəndəNə həngamə qopacaq?Dedim: – Nədən bilirsən,Ayıb deyilmi sənə?O qızın barmağındaÜzüyü bir görsənə.Dedi: – Əşi nə üzük,Nələr fikrinə düşür.İndi qızların çoxuBirinə nişanlanır,O biriylə görüşür.

Zorla boğdum hirsimi,Başımda ağrı gəzdi.Dedim: “Sevsəydi əgər,Bu sözləri deməzdi”.Xəzərin sinəsindəBir-bir yandı çıraqlar.Buruqların başındaSaçaqlandı çıraqlar.Dedim: – Cəsur neftçilərGör nə aləm yaradır.Dedi: – Eh, yazıqlarınGünü neftdən qaradır.Çörək dərdi olmasaKim girər bu ümmana?Elə böhtan dedi ki,Mən qaldım yana-yana.Hardan tuş oldu mənəBu fikri qəlbi qara?Dolaşdıqca sahili,Zəhər tökürdü dili.O, yerə göz dikmişdi,Mən isə insanlara.Bağda bir dəstə qocaNəsə deyib gülüşdü.Sanki onun başınaGöydən ildırım düşdü:– Bu da bizim qocalar. –Nə dərd, nə qəm bilirlər.Gora əsir başları,Arsız-arsız gülürlər.Aləm od tutub yanır,Hərə öz kefindədir.Balam, bu camaatınBilmirəm fikri nədir?..Daha dözə bilmədim,Dedim: – Rədd ol yanımdan.Yoxsa xilas olmazsanQəzəb, kin ümmanından.Sən niyə doğulmusan,Həyatda nə gəzirsən?Sən işıqlar içindəQara kölgə gəzirsən.Birqəmli üz görəndəÜzün gülür əlüstü.Kim ki, tənha yaşadı,Kim ki bəxtindən küsdü,Eşidib kam alırsan.Sən qüssədən mükafat,Qəmdən ənam alırsan.Ey sevincin düşməni,Boğdu nəfəsin məni.O görüşən cavanlar,Gülən qocalar hanı?Onlar mənim ağrımınTəskinliyi, dərmanıRədd ol, çəkil gözümdən.Dənizi, insanlarıQucmaq istəyirəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов