Sən mənim qədrimi biləsən deyə,Bu cavan yaşımda ölümmü indi?Əli Kərim

Bir silsilə şeriniDərc ediblər bu səhər.O, belə səxavətiAz görüb sağlığında.Şəklinə də qayğıylaYer ayırıb qəzetlər.Harda isə çəkdiribOnu uşaqlığında.

Üstündə oxuyuram:“Şairin arxivindən”.Hər kəlmədə döyünürQəlbinin bir parçası.Deyirlər beş kitablıqŞeir çıxıb evindən,Diriykən nəşr olunubƏl boyda kitabçası.Oxuyuram...DuyğularKörpə qəlbitək zərif,Fikirlər kövrək, həzin,Nisgillidir bir qədər.Yəqin ki, sağlığındaÇox naşirə göstərib,Sonra da arxivinəQayıdıb bu şeirlər.Hər sözü ürəyiməKöçürmək istəyirəm,Mənə dolu sətirlərHəkk olunur beynimə.Özümdən ixtiyarsız“Yaşa. Sağ ol”. – deyirəm.İndi bu tərifləriKimə deyirəm, kimə?Özünə söyləsəydimBəlkə bir gün, bir saatÇox yaşardı rəhmətlik,Sevinərdi ürəkdən.“Əla, gözəl” deyirəm,Məni eşitmir heyhat,Nə xeyri, nə gecikmişTərifləri deməkdən?Şəkildə gözlərindənNurlu təbəssüm yağır,Sağlığında bu qədərGülüb sevinməmişdir.Şerini verməyəndəGedərdi səssiz, fağır,Haqsız tənqidlərə dəBircə yol dinməmişdir.Dinib coşaydı gərək,Öz haqqını alaydı,Titrədəydi səsiyləDaşqəlblini, kobudu.Mənəvi qələbədənÜrəyi sağalaydı,Azalaydı dünyadaBir şair tabutu.Deyirdilər: – Nə qədərTəvazökar, utancaq,Necə də həyalıdır.Getməz o, şikayətə.Səssizcə öz evindəYazıb-yaradır ancaq.Nə kitaba möhtacdır,Nə bir ada, şöhrətə.Yaman razıydı ondanİlhamsız rəqibləri.Susmağı xoş gəlirdiMaskalı xəbislərə.Hər birinin olsaydıBu arxivdən xəbəriPaxıllıqdan qovrulub,Çıxmazdılar səhərə.O isə borc alırdıPulu qonum-qonşudan,Yazdığı baldan şirin,Həyatı zəhər idi.Onu bəzən ac-susuzBir ümidlə yaşadanBütün varı-dövlətiHəmin şeirlər idi.Evinin nömrəsini,

Küçəsinin adını,Çörəyin qiymətiniUnudardı həmişə.Həyatda şeir qədərÇox sevdiyi qadınıUtanardı çağırsın.Qanuni bir görüşə.Ürəyi bir şam kimiYandı köksünün altda.O, şeir yaza-yazaÖz ömrünü bitirib.Sənətin fədaisiAcizdirsə həyatda,Tək özü yox, Vətən dəBundan çox şey itirib!İtirib şerimiz də,Seyrəlib cərgəmiz də.Sinəsində aparıbBəlkə şah əsərini.Bir rütbəli riyakar,Bir peşəkar xəbis dəBu itki hesabınaRahlayıb öz yerini...Sənətkar öz haqqınıGec-tez alır deyirlər,İstedadın yolunuKəsə bilməz bənd-bərə.Şairin arxivindənQanad açıb şeirlər,Qonur qaranquş kimiAğızlara, dillərə,Özü eşitmir ancaqElin alqışlarını.Qəzəbindən partlayırBəzi diri meyitlər.Xəlvətdə kötük kimiTərpədib başlarını.

Onun dirilməyindənXoflanır laqeydlər.Sağlığında şerinəGöz yumanlar söyləyir:“Ah necə də gözəldir!Gözüm yaşarır, baxın”.Biganə dostların daÜrəkləri göynəyir.Əfsus ki, qulağı kar,Dili laldır torpağın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов