Nazim Hikmətə
Sən Bakıya qonaq gəldin,Xoş ürəklə, gül çiçəklə.– Xoş gəlmisən – dedik biz.Sən Bakıya qonaq gəldin.Sanki ana əlləriləBadi-səba daraq çəkibSaçlarını daradı.“Nəfəsinə zərəri var” desə belədinləməzsən yüz həkimi;sən demisən: “İstəyirəmqara neftiiçim şirin şərbət kimi”.30 ildə o sarışın saçlarınadən düşübdür.Çünki şair öz evindən,öz yurdundan gen düşübdür.30 ildə cəllad vurmuşürəyinə 15 yara,Haqq deyəndə atılmısanzindanlardan-zindanlara.Dodaqların qurusa daciyərinin yanğısından,Al günəşi görməsən dəciyərinin yanğısından,Al günəşi görməsən dəbarmaqlıqlar arasında,Ürəyinin gözləriləMoskvanın beşguşəliUlduzuna baxmısan sən.Qanlı Bursa zindanından,yaralı bir pələng kimiÇıxmısan sən.Şair!
30 ildə dəyişməyənməsləkimlə,Dəyişmişik Bakını biz.İndi işıq dənizində,Çimir Xəzər dənizimiz.Paytaxtımı tamaşayasən sevə-sevə çıx!Cəsur Bakı neftçisininöz əliylə ucaltdığıaynəbəndli evinə bax!Əziz lazım bu qüdrətə söz deməyə,söz mülkinin bahadiriVurğun gərək.Vurğun dedim! Qafqaz dağıağ başını silkələdi ehtiramla,Vurğun dedim! Gözlərimdənyaş töküldü damla-damla.Vurğun dedim! Duma gözlübulaqlarım yada düşdü.Vurğun dedim! Obalarım,oylaqlarım yada düşdü.Vurğun dedim! Səsə gəldi,odlar yurdu Azərbaycan,Vurğun dedim! Ləngər vurdu göydə qartal,boyun bükdü yerdə ceyran.Göylər, yerlər haray çəkibdedi həmin həqiqəti,Sənin şair ürəyindəkök salmışdırVurğunumun məhəbbəti.İcazə ver, əziz şair,sonsuz oğul sevgisilə,qucaqlayım qoy mən səni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-nazim-hikmete
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Bir ləhzə istəməm olasən dur, mən səniBir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,