Bilirəm yerini, ünvanını da,Ancaq görüşünə bel bağlamıram.Öldür o sonuncu gümanını da,Mən səni gəzmirəm, soraqlamıram.

Qapıdan keçirəm gözü yumulu,Qəsdən öz yolumu ordan salıram.Mən kiməm? Dünənki eşqinin quluBu gün həsrətindən qisas alıram.

Bir də görüşümüz baş tutan deyil,Bəlkə yuxularda bunu görəsən.Səni ürəyimdə yaşadıram bil,Sən mənə təbərrik bir xatirəsən.

Qorxuram, deyərlər kefdə, büsatdaÖmür keçirirsən, qərq olum dərdə.Qorxuram görəndə səni həyatda,Ölsün o yaşayan xatirələr də.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов