Qramla ölçülür qızıl həmişə,Qapan tərəzidə çəkilir polad.O, zövqlə taxılır barmağa, dişə,Bu – yerdə körpüdür, göylərdə qanad.

Əyilməz bir şəxsə...Qızıla tay olur ən xalis insan.Bəzən poladı da döyüb əyirlər,Qızıl ləkəsizdir, safdır hər zaman.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов