Təbrik çiçəkləri
İlk müəllimim KübraƏliyevaya ithaf edirəm
Evlər istədi ki, yüzü də birdənBoşalıb bir evə dolsun bu axşam.Güllər çırpındı ki, üzülüb yerdənBaşının çələngi olsun bu axşam.
Şad xəbər tərpətdi xəstə qarını:Kənddə toy-bayramdır, o necə yatsın?Tay-dəyişik saldı başmaqlarını,Tələsdi təbrikə birinci çatsın.
Qapıdan içəri o, girən zaman,Dedi: – Gəl qolumu boynuna salım,Azar-bezarım da çıxar canımdan,Top kimi olaram, ay qadan alım!
Qara gözlərini öpdü sevincək,Duydun ana eşqi o saf nəfəsdə.Qarışıq saçları gül dəstəsi təkTöküldü ordenli sinənin üstə.
Nurəni qocalar sıxıb əlini,Dedi halal olsun ananın südü.Əmircan kəndinin qızı, gəliniSəni tər çiçəyi, gülə bürüdü.
Kamala çatanlar, yaşa dolanlar,Söylə, unudarmı ilk müəllimi?Dönüb uşaq oldu ata olanlar,Dayandı qarşında məktəbli kimi.
Görüb hər birini gözün yaşardı,Onları bağrına basdın hörmətlə.Ancaq ana-bala qucaqlaşardıBu istək, bu duyğu, bu hərarətlə.
İlk dəfə sən tutdun körpə əlimdən.“Ana” kəlməsini dəftərə yazdım.O sözün oduyla yanmasaydım mən,Anamın eşqiylə alovlanmazdım.
Qocalıq saçına cığır saldıqca,Calandı ömrünə cavanlıq çağın.Qara gözlərində nur azaldıqca,Həyatı nurlandı yüz-yüz uşağın.
De, neçin unudum, o günlər aydın,Uzaqda deyil ki, gəzim, arayım.Nə zaman başımı tumarlasaydın,Heyifim gələrdi onu darayım.
“Sağ ol” – eşidəndə bir yol dilindən,Atıla-atıla evə qaçardım.Həyətə-bacaya sığışmazdım mən,O günü quş kimi qanad açardım.
Açıb dəftərimi gəzərdim kəndiUşaqlar qibtəylə baxardı hələ.Bu dəftər mənimçün yaşıl çəməndi,Yazdığın “beşlərsə” qızıl bir lalə.
Nə danım, bəzən də günahım olub,Lövhə qabağında utanmışam mən.Bir tənəli sözün min ahım olub,Yata bilməmişəm xəcalətimdən.
Gecə axıtmışam göz yaşlarımı,Üstümə daş qonub yorğan yerinə.Sənin giley dolu baxışlarınıYuxuda görəndə tər gəlib mənə.
Elə bil o gözlər məndən küsmüşdü,Bəlkə dəcəlliyim qəlbini əzdi?Sandım saçlarına o gün dən düşdü,O gündən alnında qırışlar gəzdi.
İlahi sanardım müəllimi mən,Ağılda, şöhrətdə sənə tay hanı?Deyərdim ən böyük alim də sənsən,Nə qədər kitab var sənsən yazanı.
Hissin qanadında elə gəzdim ki,Dedim sirlər dolu bir aləmin var.O zaman fikrimə gətirməzdim ki,Müəllim çay içər, müəllim yatar.
Düşündəm, hər gecə bir-bir ulduzlarEnib göy üzündən axışır sizə:Şirin söhbətinə gəlir ulduzlar,Ay da qonur açıq pəncərənizə...
Bir gün ruzgarın xoş, arzun nubarlı,Gül açıb ömrünün yazı, baharı.Ey Leyli həyalı, Həcər vüqarlı,Namuslu bir elin ismətli qızı!
Yığılıb evinə dostlar, tanışlar,Şəninə təbriklər, sağlıqlar yağır.İndi nəğmə başlar, musiqi başlar,Qızın Rəfiqəni çalmağa çağır,Ən gözəl gecədir, ən əziz gecə,Coşaq pianonun təranəsiylə.Şirmayı dillərdə əli gəzdikcə,Ruha layla çalsın şirin səsiylə.
Şənlik də başlasın, toy da, busat da,Günəşin nuruyla dolsun canımız.Evin papaqlısı-oğlun Fuad daOxusun, oxuyaq, çalaq hamımız.
Ay parçası kimi iki balan var,Biri solundadır, biri sağında.Otaqda gözləri yolda qalan var,Dayanmış bir şəklin o, qabağında.
Alnı düyüm-düyüm, saçı gümüşüXeyli var ayrılmır düşüncələrdən.Dostların şən səsi, şaqraq gülüşüOnu diksindirir yerində hərdən.
Məclis başlayandan yeri boş qalıb,Ana inanır ki, o, gəlsin gərək.Onu dalğalarmı dövrəyə alıb,Tufanmı saxlayır nərə çəkərək?!
Kimsə söz açmayır ev yiyəsindən,Qonaqlar gedəndən əl üzmüşdümü?Məclisin ilk sağlıq piyaləsindənOnun oğluna da bir pay düşdümü?
Qarı səssiz durmuş şəklin önündəAh çəkib dillənir o, yavaş-yavaş:“Deyirəm, ay oğul, bu əziz gündəQoşa oturaydın gəlinimlə kaş?
Hardasan, hardasan, ay oğul, gəl çıx,Gərək bu busatı gözlərin görə!Bilsəm ki, gələrsən bircə saatlıq,Ömürlük gələrəm sən gedən yerə.”
Şəkli həsrət-həsrət basıb bağrına,Gizlincə öpür ki, sən görməyəsən.Hər ayaq səsindən diksinir ana,Ha baxır qapıya, qayıtmır gedən.
Doyunca siz deyib, gülün bu axşam,Bu şadlıq məclisi şirin töhfədir.Mən ötən günlərdən söhbət açmasam,Bilinməz hünərin, ilqarın nedir.
Dastana layiqsən, ey əziz insan!Mənimsə yazdığım bu adi şeir...Axı, məhəbbətin sınaqlarındanHər qadın sənin tək çıxa bilməyib...
Yerlər qəmli, göylər çəndir.Hər ötən gün ilə təndir.Düşmən quduz, vətən darda,Atalar da, oğullar da.Sellər kimi aşıb-daşıbAxır döyüş cəbhəsinə.Sevgililər vidalaşıb,Görüşərik, – deyir – yenə.Yola düşdü sevgilin də,O, cəbhəyə gedən gündəBir oğlunuz oldu sizin.Yumuluydu hələ gözü,O görmədi ata üzü.Eşitmədi ata səsi.Yuxusuna gəldi əksi.Şəklini çox aldı ələ,Görən ata övladınıNecə öpər, necə qucar?Bilir onun bir adını,Eşidib ki, atası var.Bu həsrətin acısınaO, sonralar yüz yol yanmış,Qibtə etmiş bacısına,Ağlı kəsən, söz qananmış.Duymuş ata nəfəsini,O xoş çağı yadındadır.Beşik bilib sinəsini.Uyumağı yadındadır.Söhbət açır bacı hərdənO görkəmdən, boy buxundan,Deyir: – Qardaş, gözlərindənLap atama oxşayırsan...Bəli, o gün getdi yarın,Bu ilk vida, son görüşdü.Qaynananla körpələrinHər qayğısı sənə düşdü!
Zaman çətin, ruzgar ağır,Ağlamadın fağır-fağır.Nə gizlədim qəm də yedin,Soyumadı ürək odun.Ata varkən ana idin,Ata getdi, ata oldun.Müəllimdin, hər an sən dəUca tutdun həmin adı.Sağ əl beşik tərpədəndə,Sol əl kitab varaqladı.Dərsə gəldik səhər-səhər,Şölə saçdı beyinlərə.O yuxusuz qalan gözlərYumulmadı bircə kərə.Hamı əsgər balasıydı.Gözlər dolu, qəlblər yumşaq,Bir sərt sözdən solasıydıÇiçək kimi zərif uşaq.O bir şirin söz deyəndəUnudardı hamı dərdi:Anasından inciyən dəOnu görüb şənlənərdi.Hər gün dərsə gecikəni,Yoldaşına göz dikəniAna kimi tutub dilə,Gülə-güləDeyərdi ki, indi gərəkDaha yaxşı oxuyaq biz.Cəbhələrə qaranquş təkUçsun “əla” qiymətimiz.Atalar da eşitsələrArtar gücü, coşar kini.Oğlu əla alan əsgərƏla atar gülləsini.Tərpədərdi bu söz bizi,Bircə tənbəl tapılmazdı.Gecə-gündüz dərsimiziOxusaq da, dedik azdı...Nankor ollam danışmasamO analıq şəfqətindən,Susar ürək, sönər ilham,Yaxşılığı unutsam mən:O qış yaman yağmışdı qar,Səhər-səhər gəldik dərsə.Şəfqət dolu o baxışdanKimdə vardır, deyin kimdə?Kəndimizdən döyüş günüKömək umdu ana torpaq.Öz gəlinlik üzüyünüBarmağından çıxararaq,Verdin cəbhə fonduna sən.Kəndimizin hər yerindənQoşuldular çağrışına.Yüz-yüz gəlin, yüz-yüz anaÜzüyünü, qolbağınıYardım verdi cəbhələrə, –Təki Vətən torpağınıBaşdan-başa azad görə...Sən anaydın, vüqarın da,Dağdan uca.Bir cüt balan zəhmətinləBoy atdıqcaGözlərində ümid adlıİşıq yandı.Unutmadın o müqəddəsEşqi, andı.Baxdın dilsiz yollara sən.Sükutdan da söz istədin.Zirvədəki qartal kimiUzaq görən göz istədin.Əllərini sinən üstəDaraqladın,
Təzə məktub gəlməyəndəKöhnələri varaqladın.Məktub gəlib yetişdimi.Düşündün ki, sözü gəlib,Özü gəlsin.Məktub ara verən kimiHəsrət çəkdin:Özü gəlmir,Heç olmasa sözü gəlsin...Aylar ötüb keçdi, illər dolandı,Könlün sevgilini neçə yol andı,Gözlərin yollara baxdı, gəlmədi.Yetişdi gəlməyin vaxtı, gəlmədi,Soyudu buz kimi top lülələri,Doğdu kainatın azad səhəri.His tutmuş çıraqlar yandı, gəlmədiYanmayan ocaqlar yandı, gəlmədi.Uşaqlar şəklindən soruşdu onu,Ana soraqladı əziz oğlunu.Harda əsgər gördü ondan söz açdıEşitdi gələn var, yanına qaçdı...Evə ağır-ağır qayıtdı ana,Səni qucaqlayıb basdı bağrına.Gəzdi ağ saçları mehriban əlin,Dolmuş gözlərindən öpdü o ki, var.Onun tək qaynana, sənin tək gəlinNamusda, hörmətdə mində bir olar.Göylərdən müqəddəs tutur xətriniİyirmi ildir ki, səninlə qalır.Sən ondan alırsan ərin ətrini,Oğlunun ətrini o, səndən alır.Ona güldən ağır söz deməmisən,Hələ bir sözündən inciməmisən.Eşqin, etibarın aynası kimiLəkə görməyibdir təmiz vicdanın.Sən namus, sən qismət qalası kimi,Bəlkə də fəxrisən Azərbaycanın?..
Ey əziz müəllim, nə bəxtəvərsən?Bu gün arzuların çiçəklənibdir,Sənin gözlərinin nur zərrəsindənVətənə yüz ulduz səpələnibdir.Onlardan nur alır hər kənd, hər şəhər,Hamı səadəti hünərlə tapır.İlk qələm verdiyin o titrək əllərİndi dağlar yarır, qayalar çapır.Nə qədər ucadır, bu şöhrət bu şan,Bu ülvi sənətin günəşlə təndir!İlk hərfi deyəndə dili dolaşanİndi dastan yazan, nəğmə deyəndir.Ey ömrü çiçəkli bir yaza çatan!Bax gözün doyduqca saldığın bağa,Bir vaxt kamalınla pərvaza çatanİndi yollar gəzir Marsa çatmağa.Bu, sənin zəhmətin, sənin hünərin,Müqəddəs adını heç kəs unutmazYığılsa bir yerə tələbələrin,Deyirəm, bəlkə də bir Bakı tutmaz...
Bu gün bayramındır, əziz mübarək,Şəninə alqışlar deyir Vətənin.Aldığın mükafat qızıl günəş təkYanır ürəyinin başında sənin.
Şəfəqlər bürüyür doğma kəndimi,Ulduzlar günəşi görüb çaşıbdır.Bəşər müəllimi, kənd müəllimiSanki bu otaqda qucaqlaşıbdır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-tebrik-cicekleri
Клавиши ← → для перехода, R — случайное стихотворение