Azərbaycan dramaturgiyasının banisi,böyük inqilabçı-demokrat M.F.Axundovunədəbi-ictimai fəaliyyətinin ilk dövrlərinəhəsr olunur.

“Biz behiştə bərabər olan vətənimizinşərafətini əhya etməliyik.”M.F.Axundov

I

Qapılardan qovdular,Dedilər ki, dəlisən.Bizdən şikayət olmaz,Həddini bilməlisən!Bir də əkin yeriniSən görərsən yuxuda.Döydü onu yüzbaşı,Söydü onu kəndxuda.Molla dua yazmadı.Əlini boş görəndə.Axund yumdu gözünüQəpik-quruş görəndə.Çağırdı harayınaBir Allahı, bir çarı.Allah qapısının daGördü puldur açarı.Gördü pulun gücünəGünaha batmaq olar.Adını mömin qoyub,Xalqı aldatmaq olar.Üstündə şahın başıHəkk olunan pul iləŞahı da almaq olar,Şahı da satmaq olar.Bəy bağırdı: – “TorpağıBir də geri vermərəm.Gəbərsən də bir qarışQəbir yeri vermərəm!”.Yazıq necə qayıtsınKülfətinin yanına?Həyat onu çəkmişdiAclıq imtahanına.Dedi: – Nədir əlacım?Görən kimə əl açım?Kimə pənah gətirim?Torpağımı itirdim,Özümü də itirim?Ölüm bundan yaxşıdır,Mən əliboş, evim ac.Sinəmdə dərdli ürək,Kürəyimdə yüz qırmanc.Göy quruyub, yer yanıb,Ha başına döy indi.Bir pay mənə düşərdi,Üç pay zalım bəyindi.Ödəmədim borcunu,Uçdu daşım-divarım.Barı torpaq verəydi,Göy yaşımla suvarım.Barı möhlət verəydi,Söy alaydı dilimdən.Görsə dara düşmüşəm.Möhlət allam ölümdən,Bəydən ala bilmərəm.Yerdə itən haqqımıGöydən ala bilmərəm.Hara gedim, neyləyim?Ağlım da başdan çıxıb.Başı daşlı kəndçininÇörəyi daşdan çıxıb.Onu da daşqəlblilərYarəb, çox görür bizə.

Söylə, kimə yalvaraq,Çatsın köməyimizə?O qədər susmuşam ki,Necə dinim, bilmirəm.Hanı mənim qəzəbim,Hanı kinim, bilmirəm.Səhər-axşam molladanBir söz eşidirəm mən:“Nə yazılıb alnına,Onu da görməlisən!”.Kimdir bunu oxuyan,Bu cür yozan kimdir, kim?Mənə qara, varlıyaAğ gün yazan kimdir, kim?Yaşamaq istəyirəmMən ki, öz bəhərimlə,Niyə bu yazılmasınMənim açıq alnımaÖz halalca tərimlə?Özgəyə taxıl biçib,Yer əkməyə güclüyəm.Canımı da bu yoldaMəcburam ki, xərcləyəm.Nədir muzdum, qazancım? –Ac yaşayıb dinməmək.Alnıma yazılanaQayıl olum mən gərək.Zülmün əlifbasıylaYazılıbdır bu yazı:Bəyin varı bol olsun,Kasıbın da duası...O, gəzdi qapı-qapı,Kimdir ona hay verən.Dedi: – Gərək dərdiməÖzüm əlac tapım mən.Qayıtmadı evinə,Yazıq hara qayıtsın?Necə külfət yanınaÜzüqara qayıtsın?Kəndin qoca mirzəsiBir məktub yazdı ona.Ünvanı da beləydi:Tiflis, baş divanxana...

...Kənddən çapar gedir ayda bir kərə,Gözləsə, külfəti ölər acından.Özü yola düşdü o qərib yerə,Danışsın dərdindən, ehtiyacından.

Köməyə çağırsın bütün aləmi,O, baş Valinin də getsin yanına.Əl boyda kağızda dağ boyda qəmi,Atını sürürdü “haqq” divanına.

At nə at! – qocalmış ağsaq bir yabı,Qonşudan borc alıb üçcə günlüyə.Qalmayıb fağırın taqəti, tabı,Açıb cilovunu burax çöllüyə.

Buna da min şükür deyib o yazıq:Allahın heyvanı tutub əlindən.Əyninə bir çuxa geyib o yazıq,O da qonşunundur, borc alıb dünən.

Dağların dumanı, düzlərin sisiDəyib nəfəsinə buxarlanırdı.Qazağın qonşusu qədim Tiflisi,Dünyada ən ucqar şəhər sayırdı.

Getməyib, görməyib, neynəsin fağır?Əkindən, biçindən macal tapmayıb.Taleyi kəm olub, ruzgarı ağır,O, taxıl tapanda çuval tapmayıb.

Çəkib qəm yükünü, möhnət dağını,Dərdlə taraz gəlib öz çəkisi də.Ya canını aldın, ya torpağınıKəndliyə ölümdür hər ikisi də.

Beş qarış yer düşsə ixtiyarına,O, daşın üstündə cənnət yaradar.Sən ona torpaq yer, qışın qarınaİsti yorğan kimi bürünüb yatar.

Onun fikri torpaq, arzusu torpaq,Qisməti, qazancı bir daxmalıqdır.Əlinin şükümü, ruzusu torpaq,Torpaqsız əkinçi susuz balıqdır.

Gedir başı lovlu, ürəyi dağlı,Dalınca göz dikən ana-bacı var.Bir vətən qeyrətli, kişi papaqlıİnsana əşhədü-ehtiyacı var.

Dərələr, təpələr yolunu kəsdi,Mənzil uzandıqca ümid qısaldı.Yazıq elə çapdı, elə tələsdi,Yabısı çərləyib yollarda qaldı.

Qaldı o kimsəsiz, payi-piyada,Öldü son ümidi, son təsəllisi.Titrədi səsindən daş da, qaya da,Quşları hürkütdü fəryadlı səsi.

Yağış üzərinə elə gəldi ki,Qoymadı bir macal tapıb yerisin.Yağış çörək deyil, pul deyildi ki,Yüz yol əl açasan, gəlmirəm desin.

Süründü, olsa da gücsüz, qüvvəsiz,Əzablı günləri onun nə çoxmuş.Səadət kasıba nə qədər xəsis,Fəlakət nə qədər əliaçıqmış!

Quşlar da dil bilmir uçsun xəbərə,Burdan öz kəndinə daş ata bilmir.Dərdə bax, beş addım qalıb şəhərə,Sürünür, sürünür, o, çata bilmir.

Çuxası üzüldü parçalanaraq,Dizi açıq qaldı, çarığı bağsız.Lüt-üryan yoxsulun öləndə ancaqƏyninin kəfəni olar yamaqsız.

Yolun sonu görünmür,Tükənir son qüvvə də.O kağızdan səs gəlir:Torpaq gətir, ay dədə,Çörək gətir, ay dədə!O, sürünür yenə də,O, sustalır yenə də.Kağızdan bir səs gəlir:Cavab gətir, ay dədə,Pul tap gətir, ay dədə!Qaranlıq, dar daxmadaHaray çəkir bir ana:“O bir qırıq məktubuYetir haqqa, divana.De ki, yoxsul varlınınƏlindən qan udur, qan.Evimizi talayır,Soyur vəhşi, qudurğan...”O məktub ac külfətinSon ümidi, gümanı.Kəndli sanki çiyninəŞəlləyib bir komanı.O məktub dilsizlərinDil açıb danışmağı.Göz yaşına bələnmişBir gəlinin yaşmağı.Çıxarıb döş cibindən,Baxır həmin kağıza.

Yazılar nöqtə-nöqtə,Hərflər gödək, qısa.Bircə söz oxumağaÇatmır onun savadı.Bu kağıza yazılıbYadlar əlifbasıylaAzərbaycan fəryadı.Dövranın zülmünə bax:Qanını ovuc-ovucİçirlər, doymayırlar.Dərdini öz dilindəDeməyə qoymayırlar,Yazmağa qoymayırlar.Yox, yox, ana dilindəMəktəb, mədrəsə olmaz.Kəndli ana dilindəYanıram desə olmaz,Ölürəm desə olmaz.Sən işə bax, dərdə bax:Məscidlə də danışmaq,Allahla da danışmaqÖzgə dildədir ancaq!Mollanın oxuduğuQuran da özgə dildə.Hökumətin yazdığıFərman da özgə dildə.Öz ellin, həmvətəninDərini soyur sənin,Talanır suyun, dənin,Yersiz-yurdsuz qalırsan.Gedib səcdə qılırsanYadların qabağında.Tərcümə olunmalıSənin şikayətin də,Sənin ağlamağın da...Yollar boyu çən, duman,Nə ümid var, nə güman,Nə bir imdada yetən,Nə qürbətdir, nə Vətən.Kəndli çölün düzündəBatıb qəm dəryasına.Bir o kağıza baxır,Bir cırıq libasına.Hara gedirəm, – deyibAğlayır için-için.Cibim dolu olsaydı,Olardı tərcüməçim.Havayı qazanmışamSöyüşü, qırmancı mən,Dərdli, qəmi havayı.Çətin havayı tapımSilisti, dilmancı mən,Nədir “payım”, “sovqatım”Göz yaşından savayı?Kimim var, orda kimim?Nə dostum, nə həmdəmim,Nə bir dil bilənim var.Bu tale ki, mənim var,Bu görkəm ki, mənim var,Hara getsəm qovarlar,Hara getsəm söyərlər.Sən kasıbsan deyərlər,Sən dəlisən deyərlər.Dəliyəm – gülməliyəm,Kasıbam – ölməliyəm.Qayıdıb öz dərdimiEvimdə bölməliyəm...

II

Tündoğan tərəfdən şəhərə sarıBir dəstə süvari çapıb gəlirdi.Onlar tərlətdikcə qızğın atlarıYollardan at boyu toz yüksəlirdi.

Papağı naxışlı, paqonlu zərliŞişman bir zabitdi qabaqda gedən.Əli silahlıydı, dili hünərli,Amma diksinirdi bircə kölgədən.

Güllə boşaldırdı hər qəfil səsə,Alnından soyuq tər damcılayırdı.O tir-tir əsirdi bir kol titrəsə,Atını qəzəblə qamçılayırdı.

Yəhərin qaşından çıxarıb qabı,Hərdən boğazını yaşlayıb bir az,Deyirdi: “Çəkdiyim bu it əzabıBitməzmi? Lənətə gələsən, Qafqaz!..”

Hər qaya kölgəsi qara yapıncı,Hər daşın dalında dağlı görürdü.Hər budaq sıyrılmış düşmən qılıncı,Özünü qolları bağlı görürdü.

Çevrilib arxaya baxırdı hərdən,Sanki kürəyindən oxlanırdı o.Bir azca aralı gələn əsgərdənEhtiyat edirdi, xoflanırdı o.

Didirdi qəlbini qara şübhələr:“Kim qoşdu dəstəmə bu üsyankarı?Bir ovuc barıtdır, yanğın törədər,O, qəfil gülləyə tuş olsun barı!

Bəlkə də lap məni vurmaqdır qəsdi?Biləydim fikrindən keçənlər nədir.Asılmağa layiq bir DekabristiSürgün eləyiblər.Çox qəribədir!

Hələ özünü də silahlandırıb,Mənə əmr ediblər: “Üstündə göz ol!Görsən ara qatıb, su bulandırır,Başına güllə çax, dayanma, tez ol.”

Yox, aman vermərəm həddini aşsın,Daha zabit deyil, soldatdır ancaq.Ən qabaq gərgədə gərək vuruşsun,Bu vəhşi çöllərdə itib-batacaq.”

Birdən qamçılayır atı dalbadal,Qəfil hənirtidən saralır rəngi.Bağırır: – Durmayın, öldürün dərhal!Çaşıb o, tərsinə tutur tüfəngi.

Hücum! İrəliyə! Mən əmr edirəm! –Sağına, soluna hey atəş açır.Kolların içindən görürlər bu dəmTullana-tullana bir dovşan qaçır.

Soldat yaxınlaşır bəh, bəh deyərək:– Cənab, vallah səndə qurd ürəyi var.Sən qorxunc Qafqaza varid olan təkTəsliməm deyəcək bütün dağlılar.

Sənsən rejissoru bu tamaşanın,Əhsən bu rütbəyə, əhsən bu ada!Nə xoşdur görüşü iki dovşanın:Biri atlı qaçır, biri piyada.

Bu sözdən qızarıb o, xərçəng kimiSeyrək dişlərilə didir bığını.– Bestujev, bu sürgün ibrət deyilmi?Yoxsa unutmusan kim olduğunu?

Bestujev – xalqının üsyankar oğlu,Didərgin salınmış öz diyarından.Bağlı deyilsə də onun əl-qolu,Qanunlar dilini bağlayır hər an.

Senat meydanına bayraqla gedənQiyamçı şairin taleyinə bax:Qafqaza sürülüb Yakutskidən,Yenə də dustaqdır, tüfəngli dustaq.

Fəqət o, zabiti yol boyu sancır,Nə əmrə baş əyir, nə də qanuna.Dilindən od tökür, ildırım saçır,Soldatlar heyrətlə baxırlar ona:

“Necə? Əjdahanı sözlə kiritmək?Deməli ondan da güclüsü varmış!Bu qəddar oğlunun ziddinə getmək,Hətta əmrindən də çıxmaq olarmış!”.

Dünənin təhkimçi kəndlilərinəƏcaib görünür zabitin halı.Onlara deyilib: – Heykəl yerinəKomandir önündə lal dayanmalı!

Sənə öl dedimi, gərək öləsən,Vursa bu üzündən, o üzünü tut.Qanuna tabesən, əmrə köləsən,İnsan olduğunu bir yolluq unut!

Onlara oxşamır bu təzə əsgər,Sözüylə zabitə min əzab verir.Özünü rəislə tutur bərabər,Atəşə atəşlə o, cavab verir...

Hündür bir təpəyə çatanda onlarAtlar qulağını şəklədi birdən.Caynağı al qana batmış quzgunlarHürküşüb dəstəylə uçdu o yerdən.

O susur, ağlayır təbiət səssiz,Tək söyüd saç yolur bir bacı kimi.Kəndli qucub yeri cansız, nəfəssiz,Torpaq tamarzısı, yer acı kimi.

Barmağı ucunda qaralan məktubMatəm yaylığı tək sallanıb yerə.Gözləri isladıb, ahı qurudubOnun hər sətrini bəlkə yüz kərə.

Ürəkdə həsrəti, gözdə muradıBu qərib çöllərdə o, candan oldu.Yaşadı, örtməyə yorğan tapmadı,Öləndə kəfəni çən, duman oldu.

Əcəl insaflıymış bəydən, molladan,Ölmək azadlığı var imiş hələ.Vergisiz torpaq da alırmış adam,O, bəlkə minnətdar olsun əcələ?

Nə fayda, özünü içindən yeyib,Min əzab çəkəsən?Rahat yıxıl, yat.Bir böyük sənətkar nə gözəl deyib:“Ey ölüm, gəl, bizi öldürdü həyat!”.

Soldatlar düşünüb bayaqdan bəri,Hamı cavab gəzir öz sualına.Yəhərin qaşına əyilib biri,Silir gözlərini atın yalına.

Biri da xaç vurub nə isə deyir,Baxdıqca meyidə boğulur səsi.Qoca bir soldatın əli titrəyir,Dağılır üstünə tütün kisəsi.

Atlar dırnağıyla eşib torpağı,Sanki qəbir qazmaq istəyir ona.Didib dövrəsində kolu, yarpağı,Əklil düzəldirlər insan oğluna.

Bəs zabit? –Meyidə baxdıqca mat-mat,Tərpənmir, özü də dönüb meyidə.Yüyəni gəmirir altındakı at,Ölümə üsyandır kişnəməyi də.

Buludlar dağların alın təritəkSüzüb damcı-damcı görünür yerdə.Ağ duman bir ana hörükləri təkPərişan-pərişan sürünür yerdə.

Təbiət acizin dərdinə qalan,Bir kasıb öləndə o, qəmli olur.Bəzən görürsən ki, əfi bir ilanQaniçən adamdan rəhimli olur.

Çöldə yetim-yetim inləyir külək,Yarpaqlar tökülür həzin, ahəstə.Günəş ağlamaqdan qızarmış köz təkƏyilib o qərib meyidin üstə.

Azmı dəryaz tutub soldat əlləri?Əkində, biçində can qoyub onlar.Bu mavi gözlərdə illərdən bəriTorpaq həsrəti var, torpaq rəngi var.

Alpın ən alınmaz, dərin qatlarıDəlik-deşik olub rus süngüsüylə.Dünyanı titrədən BonapartlarıPərən-pərən salıb “ura” səsiylə.

Onlar uf deməyib can verəndə də,Vətənin yolunda başından keçib.Mərdanə öldürüb öldürəndə də,Çara qulluq edib, xalqa and içib.

Çoxunun köksündə güllə yeri var.Bu səhnə ən dərin yaradan ağır.Kəndlinin önündə sarsılır onlar,Həsrətli gözlərə doğmalıq yağır.

Bir anda kül kimi bozarır rənglər,Torpatı düşünüb dərdli olurlar.Dəryaza, orağa dönür tüfənglər,Soldatlar təhkimçi kəndli olurlar.

Zabit gözlərini çevirib yana,Özünü yəhərin üstə yayır o.Hərdən tumar çəkir atın yalına,Hərdən paqonunu sığallayır o.

Qoca soldat gəlib deyir yavaşdan:– Cənab, izn verin onu dəfn edək.O, təhqir eşidir bu qəlbidaşdan:– Haydı, irəliyə! Tələsin gedək!Bestujev, tərpənin!Yolda bu sayaqTamaşalar çoxdur,əyləncələr çox.Hər vəhşi tatara durub ağlasaqMəscidə gedərik, döyüşlərə yox!Bestujev ortada durub qəmli, tək,Dolmuş gözlərindən qəzəb, kin yağır.Qızılı saçını dağıdır külək,Başını qaldırır o, ağır-ağır:– Ölən müsəlmandır.Dərbənddə ikənÜlfət bağlamışam o millətlə mən.Vətən satqınları, çar nökərləriDidərgin salanda məni yurdumdan,Orda məskən salıb, aylardan bəri,Ucqar bir obada qaldığım zaman,Yemişəm onların duz-çörəyini.Qonağa can deyən mərd ürəyini,Əyilməz ruhunu, dağ vüqarını,

Dostluqda əhdini, etibarınıGörüb hər birinə heyran olmuşam.O yerdə təzə bir insan olmuşam.Məni Aleksandr çağırmazdılar,İskəndər deyərdi hamı adıma.Məni özlərindən ayırmazdılar...Bir payız axşamı düşür yadıma;Ayazda şinelsiz çıxmışdım kəndə,Birdən göy kişnədi, hava qaraldı.Bir qoca müsəlman məni görəndəKürkünü çıxarıb çiynimə saldı.Nə illah elədim: – Hələ cavanam,Ay əmi, kürkünü geyin əyninə.Çox şaxta görmüşəm,Mən Şimaldanam,Ha dedim, girmədi onun beyninə.Dedi: – Sən qonaqsan, qərib bir qonaq,Oğul, qulluğunda biz durmalıyıq.Olarmı yanında xəcalət olaq?Səni odumuzla qızdırmalıyıq.O, elə dedi ki, gözüm yaşardı,Çiynimdə bir elin nəfəsi gəzdi.Bir az bu kəndliyə oxşarı vardı.Bəlkə də...Yox, bura gələ bilməzdi.İndi tutulmasam qüssəyə, qəmə,Tutar gözlərimi həmin duz-çörək.Mən onu bürüyüb öz şinelimə,Yer qazıb, hörmətlə dəfn edim gərək.Zabit kəkələyir:– Çar qanunundaHörmət yazılmayıb vəhşi tatara.– Bəli, mənim kimiElə onun daÖlümü yazılıb o qanunlara!Zabiti ildırım vurur elə bil:– Susun! Üsyan deyir yenə səsiniz!Bestujev, bu Senat meydanı deyil,Siz çarın əmriylə sürgündəsiniz!– Cənab, hafizəniz itidir, gərəkBununçun təşəkkür eyləyim sizə.Görürəm, rütbəyə satılmış ürəkPaqon yapışdırıb boş çiyninizə.– Sizdə də var idi həmin paqondan.– Var idi! –Yaxşı ki, azadam ondan.Yaxşı ki, vaxtında ayrılmışıq biz,Uzağam lakeyə çatan hörmətdən.Yoxsa bilinməzdi nədir fərqimiz,Tarix ayırmazdı satqını mərddən! –Deyib qılıncıyla torpağı eşir,Zabitin gözünü deşir elə bil.Soldatlar yəhərin üstə tərpəşir,Yox, onlar qul deyil, soyuq daş deyil!Qoca pıçıldayır:– Ölmüşükmü biz,Şair məzar qazır,Gendən baxırıq?Hamı atdan düşür sözsüz-əmrsiz,Zabit də sustalıb, dinməyir artıq.Üzlər pərişandır, görən dünyadaİnsan basdırmaqdan ağır dərdmi var?Bəlkə bir-birinin məzarını daBu qərib çöllərdə qazacaq onlar.Bu yazıq kəndlinin bir həyanı yox,Harda öldüyünü duyan da yaoxdur.Üstündə saç yolub ağlayanı yox,Qəbrinə başdaşı qoyan da yoxdur.Sən bir əcələ bax,Kimsəsiz yerinƏbədi sahibi özüdür ancaq.Görəsən nə qədər ağlar gözlərinQarası əriyib ağı qalacaq?

Barı eşidələr özün köçəndəSinələr bulud tək dolub-boşala.Ağırdır ömürlük həsrət içindəÜrək dolu qala, göz dolu qala.

Qılınca söykənib dikəlir yerdən,Şair dövrəsinə göz dolandırır.Maxorka istəyir qoca əsgərdən.Dağlı qəlyanını qovla yandırır,Baxır əsgərlərə, sifətlər mətin,Düşünür: – Rusiya həmişə sağdır.Bir gün bu əllərlə mütləqiyyətinÖmürlük məzarı qazılacaqdır.Ümidlə, inamla sıçrayır ata,Qopan qığılcımdan alov törəyir.Cütbaşlı qartala, çara, SenataTuşlanan nifrəti zabitə dəyir...Məzar, soyuq məzar beş-on çörəkdir,Nə pəncərə gərək, nə də qapılar.Dünyaya gəlməyə aylar gərəkdir,Yerdən yer altına bircə qarış var.Bir şitil basdırsan gec-tez göyərir.İnsanı basdırdın dönür heçliyə.Biri tikan yığır, biri gül dərir,Qam fağıra düşür, şadlıq güclüyə.Diriykən görünür əyin-başındanKimdir damağı çağ, kimdir qubarlı.Öləndə bilinir qəbir daşındanYoxsul yaşamısan, yoxsa ki varlı.Sanki soldatların sinəsinə dəAğır məzar daşı çökür bu anlar.Yaylım atəşinin əvəzinə dəBirləşib dərindən ah çəkir onlar...Təpənin üzərindənKəsilib külüng səsi.Axşam bura qayıdırYenə quzğun dəstəsi.

Onlar gəzir ovunuParçalayıb didməyə.Tapa bilmirlər onu,Havalanırlar göyə.Həmin yerdə görünürQərib, tənha bir məzar.Üstündə gül-çiçək yox,Torpaq dolu xurcun var.Uzaqda nal səsləriDiksindirir gecəni.Ləpirlərdə buğlanırYolun dumanı, çəni.Tozanağın içindənOd görünür arabir.Bəlkə sönən gözlərinSon işığı yol gedir?Hündür rus atlarınıÇapır yel kimi dəstə.Bir əli cilovunda.Bir əli gözü üstəHərdən çönüb arxayaO tənha qəbrə baxanŞinelsiz bir əsgər dəGedir qəmgin, pərişan...

III

Qədim qala divarlarıMəcrur, uca,Şəhər üstə sinə gəribPəhləvan tək.Kür sıldırım qayalaraÇırpıldıqcaNərildəyir yaralanmışBir aslan tək.Nizə kimi iti bürclərSıx dumanı

Parçalayıb yollar açırDoğan günə,Dan şəfəqi su yerinəAxan qanıYerdən yığıb qarışdırmışÖz rənginə.O, sallanıb qıpqırmızıÜrək kimiSəhər-səhər kainatınYaxasından.Torpaq onuGeyib isti köynək kimi,Cana gəlib,Qalxır şirin yuxusundan.Qanadlanıb süzmək üçünAsimanıQuşlar isti yuvasındanÇölə çıxır.Həyətlərdə it hürüşü,Xoruz banı,Kilsələrdə zəng səsləriZilə çıxır.Xəncər kimi yarı bölmüşTiflisi Kür,Talelər də bölünmüşdürİki yerə.Sağ sahilin daxmalarıYerə çökür,Sol sahilin yükü düşübO evlərə.Yox, yox, çayın nə günahı? –ÜzüqaraZəmanədir ayrılığıngünahkarı.Həyat qənim kəsiləndəKasıblara,Qan ağlayır,Çaya dönürGöz yaşları.Bir tərəfdə dar yollarınÇıx seyrinə,GörünməzdirDərin quyu dibi kimi.Bir tərəfdə təzə şəhərGündən-günəGenişlənir varlılarınCibi kimi,Öz puluyla gərək knyaz,Xan tanına,Zadəganlar bir-birindənƏhli kefdi.Tiflis düşübQızıl şərab fantanına,Hələ fantan vurmayıbdırBakı nefti.O, Qafqazın darvazası,Giriş yolu.O, Qafqazın şeir-sənətMərkəzidir.Tiflis gürcü ürəyi təkQaynar, dolu,Tiflis-nağıl,Tiflis cənnət əvəzidir.Pulun varsa,Bu cənnəti buyur, yarat.Pulun yoxsa,Hər yer sənə cəhənnəmdir.Çilçıraqlı salonlardaBal-maskarad,Daxmalarda zülmət doluBir aləmdir.Bura gəlir zəmanədənKüskün, bezar,

Həmfikirlər tez tapışır,Tez dostlaşır...Müsəlmanlar məhəlləsiŞeytanbazarBudur, qaynar qazan kimiAşıb-daşır.Sahibsizlər künc-bucaqdaBardaş qurub,Tənbəl-tənbəl günə verirÖzlərini.Hamballar da palanıylaHazır durub,Gələnlərə marıtdayıbGözlərini.Yalın ayaq görən kimiPinəçilər,Müştərini oturtmağaDaş axtarır.Dəllək qoymaz müsafirlərYan keçələr,O, qırxmağa cibi qalınBaş axtarır.Şərq bazarı,Qızğın alverGedir burda.Səslər gəlir:– Tez gəl bəri,Ay müştəri!Qaraçılar fal açırBu vurhavurda,Meydan tutmurNağıl deyən dərvişləri.Manqallarda cızhacızlaKabab bişir,Həsrət-həsrət baxıb şişirFüqəralar.Dodağını marçıldadır,Yeyib şişirKəl boyunlar,Qarınları nağaralar.İpək, qumaş,Qızıl, gümüş, –Nə istəsən,Sona yetməzYüz-yüz hambalYük daşıya.Şərq bazarı, –Pulun varsaGeyin, bəzən.Pulun yoxsaGəl havayı tamaşaya......Şeytanbazar,Müsəlmanlar məhəlləsiBu gün qaynar qazan kimiAşıb-daşır.Güllə kimi şaqqıldayırQamçı səsi,Bir karetaMeydançaya yaxınlaşır.Atlar yortub irəliyəHarın-harın,Nallarıyla əzib keçirBoz daşları.Pəncərədən tül örtüklüXanımlarınYola baxırMin ədalı baxışları.Dilənçilər əl uzadırKeçənlərə:– Xanım, Allah xatirinə,Tifilim var!Gümüş pullar

Cingiltiylə düşür yerə,Atlar çapır,Qaqqıldaşır o xanımlar.Yerdə əllər süpürüşürBir-biriylə,Dişlər didir,Yaxaları paralanır.“Yardım” verən xanımlarınƏlləriyləNeçə nakam yetim qəlbiYaralanır.Küçə boyu addımlarıİti, möhkəm,Başlarında quş lələkliÜçgünc papaq,Zəhimli çar soldatlarıKeçir bu dəm,Pullar itir,Toz-torpağa qarışaraq.Bir dilənçi ayaq altdaİməkləyir,Əlləriylə yeri eşirSon nəfəsdə.Qəpik gəzən gözlərinəTəpik dəyir,Qızıl qanı parıldayırDaşlar üstdə.Küçə dolur,İynə atsanDüşməz yerə.Ah çəkən də,Göz yaşlarıAxan da var.Hər tinbaşıBelə vaxtsız ölənlərəDodaq büzən,Bir gözucu baxan da var...

Bu səhnədən tutularaqBulud kimi,Xeyli var ki, o, tərpənmirÖz yerindən,Boy-buxundaƏyilməzdir palıd kimi,Alov yağır iri,Qaynar gözlərindən.Xatırladır çiynindəkiZər paqonlarQanadları yarı bağlıBir qartalı.Yaxasında qızıl düyməQatarı var,Sinəsində güllə kimiSöz qatarı.Dünya qəfəs,O bir küncəQısılıbdır,Batıb qəmlər dəryasınaBirdən-birə.Göylər sanki saçlarındanAsılıbdır,Ayaqları mismarlanıbHəmin yerə.Hərdən baxır yoldaşına,O da qəmgin,Göy gözləri zillənmişdirBir nöqtəyə.Cavan zabitUğursuz bir dilənçininÖlümünə niyə yanır,Görən niyə?Elə bil ki, ona dəyibHəmin yara,Qana dönüb susanOnun ürəyidi.

Yaxın gəlibPul uzadır hamballaraOrtalıqdan götürməkçinO meyidi.Boynu yoğun bir müsəlmanElə bu vaxtDümsük vurur böyründəkiBir nəfərə:– Ayə, millət əldən getdi,Dinsizə bax,Kafirlərə qoşulub o,Kafirlərə!– Dinsiz nədir,Kafir nədir?Tacir ağa?O ki, bizim Fətəlidir,Tanımırsan?– Kəs səsini!O məlunu tanımağaNə din sənə izn verir,Nə də Quran!– Bir Allahın olsun, kişi,Düz danış sən,Fətəlidir pənahımız,Köməyimiz.Dar ayaqda yapışmasaƏlimizdən,Əldən çıxar olub-qalanÇörəyimiz.– Kafirlərə satılıb o!– Yalan deyir!Ay camaat,Susdurun o bədnəfəsi.Özü burda Allah deyir,Quran deyir,Dükanında pərsəng vururTərəzisi.

Palanıyla silahlanıbNeçə hambal,Meydançanın ortasınaCumur dərhal:– Necə? Necə?Fətəliyə böhtan atsın?!Ə, palanı vur başına,Yerə yatsın!– Gədə, məlun oğlu, məlun,UtanmırsanO qırmızı saqqalından,Təsbehindən?Dünən əliboş qayıdıbDükanındanGedib ondan çörək puluAlmışam mən.İndi görək kimdir kafir,Kimdir qansız?Mömün odur,Kafir sənsən, ay imansız!Bir molla da qəhmər çıxırO tacirə:– Bəli, ağa doğru deyir,Düz buyurur.Kafirlərə yaxamızıVerə-verə,O, Allahı, peyğəmbəriDanıb durur.Bədəməldir! –Aramızda yaşamasın!Ay möminlər, o dinsiziDaşa basın!Sinəsiylə izdihamıYara-yara,Ömrü kimiÇadrasının rəngi qara,Gözüyaşlı, üzü solğun,

Səsi titrəkBir ağbirçəkZülüm-zülüm hönkürərəkDilə gəlir:– İnanmayın fitvasına!Qənim olsun, haram olsunOna Quran!Son qəpiyi dünən verdimDuasına,Az qaldı ki, balam köçsünBu dünyadan.Gedib Mirzə FətəliyəAğız açdım,Bir təbibə namə yazdı,Fövrən qaçdım.Dərman verdi, çarə qıldıÖvladıma,Yaman yerdə çatdı kişiİmdadıma.İndi necə dilin gəlir,Qızıl kimiBir insana ləkə yaxmaqİstəyirsən?İzdihamdan səs ucalır:– De, ay bibi!– De, ay xala!– Düz deyirsən!– Qovun, qovun,Bu nadürüst uşağını!Sıx cərgələrHücum çəkirDörd bir yandan.Tacir çaşıbİtirir öz papağını,Mollanın da başmaq çıxırAyağından...Dar küçəylə addımlayırYavaş-yavaşBestujev də addımlayırOnunla bir.Fətəlinin sinəsinəGöz yaşlarıGilə-gilə axıb,Göz-göz düymələnir.Xəyalında o bədbəxtinfaciəsi,Gözlərində qanlı səhnə,Gur izdiham.Beynində pul cingiltisi,Fəryad səsi,O, düşünür, hər kəlməsiBir ittiham:“Biri yerdə tapmaq olubÇapalayır,Millət görmür öldürən kim,Ölən kimdir.Görmür kimlər sinəsindəOd qalayır,Sərvətini soyan kimdir,Bölən kimdir.Özgələrdən o pul yığırQəpik-qəpik,Öz qızılı yığılsaYüz dağ olardı.Mənim yazıq millətiməDəyən təpikQaf dağına dəysə idiDağılardı!Taleyini qoy düşünsünO indidən,Öz əliylə açsınBağlı gözünü o.Azmı onu parçalayan,Azmı didən,

Bir yandan daDidib tökür özünü o.Mən ki, onun cəfakeşiDərd biləni,Sinəm yanır o dərdləriYığa-yığa,Alışıram, niyə millətGörmür məni,Qorxa-qorxa baxır hələBu işığa?..Küçə boyu addımlayırYavaş-yavaş.Biri çarın əmri iləSürgündədir,O biri çar xidmətindənBezib daha.İkisi də bir dərddədir,Bir gündədir,İkisi də yollar gəzirBir sabaha.– Aleksandr, nə susmusan,Dillənsənə!– Ay Fətəli, yadındamıO gün sənəSöhbət açdımGördüyüm bir faciədən?Dinlədikcə gözlərinəÇökdü duman.Bu gün səhərŞeirlərin arasındanO bədbəxtin kağızınıTapmışam mən.Bir bax, sözlərNeçə yerdən yaralanıb,Nöqtələri qapqaraGöz bəbəyidir.

Elə bil ki,Qatarından aralanıbYerə düşmüş bir durnanınLələyidir.Bəlkə onunAxtarasan ünvanını?Bəlkə sənə gətiribmişGümanını?O, məktuba nəzər salırDönə-dönə,İnildəyir qırıq simliBir tar kimi.Dik dayanmış yad əliflərBədəninəBatır təzə oddan çıxmışMismar kimi.Üzərində göz yaşları,Qan ləkəsi,Sətirləri pozulmuşdurNeçə yerdən.Fəqət məhkum bir insanınFəryad səsiFətəlinin qulağınaDəyir birdən.Onun ömür xəritəsiÖz qanınaQəltan olubBir qızaran çəmən kimi.Yox, Fətəli məktub kimiBaxmır ona,Baxır üzü qan örtüklüVətən kimi...Budur, ucqarMüsəlmanlar məhəlləsi,Ürək dözmürDaxmaların havasına.

Minarədən yerə çökənƏzan səsiMöminləri yığırAxşam namazına.Qəbir kimiHücrələrin qapısındanDonqar belli müsəlmanlarKeçir bir-bir.O, baxdıqca,Ürəyinin yanğısındanYanağına göz yaşlarıGilələnir.Sən işə bax:Gör kiminləO, qonşudur.Tarix bir gün mat qalacaqBunu bilsə:İki Allah evi iləYanaşıdırOnun evi:Biri məscid, biri kilsə.Pıçıldayır: – Yazıq millət,Yazıq Vətən.Sən göylərdənUmursan öz qismətini.Hər gün Allah dərgahındaDiz çökməkdənİtirmisən dizlərininTaqətini.Əsrlərdən tanrı deyibİnləyirsən,Bu gedişlə hara çıxdın,Söylə, hara?Nə qədər ki, namaz üstəBaş əyirsən,Qapazaltı olacaqsanAğalara.

Ürəyində kin sellənir,Qəzəb coşurŞüurları buxovlayanMöminlərə.İstəyir ki, yerə salıbO bayquşu,Qartal kimi özü qalxsınBu minbərə.İstəyir ki, bir xitabətKürsüsünəO, döndərsinBu ətalət yuvasını.Ey müsəlman, desinBudur sözüm sənə:Yaddan çıxart behişt,Cənnət xülyasını.Oyan qəflət yuxusundan,Dövrənə bax:Mollaların hiyləsidirBu tanrı, din.Gözlərini ayələrləQapayaraq,MüftəxorlarCiblərinə girir sənin.Köksü dağlı,Dili bağlı rəiyyətdənSoruşuram, cavab tapsınSualıma:Səninlə bir namaz qılıb,Dua edənBurdan çıxıbNiyə dönür o, zalıma?Niyə Allah qapısındaSənə qardaş,Öz mülkünün qapısındaNökər deyir?

Səninlə bir bu dərgahaƏyilən başNiyə durub başın üstəƏmr eləyir?UçurmaqçınBu rəzalət dünyasınıMəscidlərdən məktəblərəKöçməlisən.Zəmanənin ağıl,Bilik ziyasınıGözlərinin bəbəyiləİçməlisən!Dərd ürəkdəDüyün-düyün,Yığın-yığın,Dinsə, onu qara əllərDidə bilər.Bircə anlıq cəsarətin,Çılğınlığın,Cavanlığın güdazınaGedə bilər.Əzan səsi! – Necə bunaGətirsin tab?Cavan, qoca diz qatlayıbÇökür yerə.Küçə boyu qoltuğundaDəftər-kitabGedir gürcü balalarıMəktəblərə.Əzan səsi! – Haray çəkirGöydə kabus,Kilsədən də səs ucalır,İbadətdir.Keşiş deyir:– Vətən bizim namusumuz,Molla deyir:– Nicatımız itaətdir.

Əzan səsi:– Təzə məktəb küfr, yasaq,Oruc, namazMüsəlmana bir yaraşıq.Keşiş deyir:– Kor qalarıq oxumasaq,Biz pərvanə olmalıyıq,Məktəb işıq!Molla deyir:– Dünya fani,Həyat puçdur,Döyün cənnət qapısını,Ey bəndələr.Keşiş deyir:– Ömr əldən uçan quşdur,Yeyin-için, dövran sürünAxşam-səhər.Molla deyir:– Zülmə, cəbrəTab gətirin.Allah vururAğasına ağ olanı.Keşiş deyir:– Haqsızlıqla çəngə girin,Qəlbinizdə gürcü ruhu,Gürcü qanı.Nə məscidə rəğbəti var,Nə kilsəyə,Bilir, puçdurHər ikisi bu dünyada.Heç olmasa keşişAllah deyə-deyəVətənə də səcdə edir,Xalqına da...Küçə boyu addımlayırYavaş-yavaşMirzə dərdli qubarlanıb

Dinir bu dəm:– Aleksandr, söylə,Nədir nicat yolum?MillətiminFəryadına dözəmmirəm,Neyləyim ki, bir açılsınƏlim, qolum?Nə ildırım gücüm var ki,GuruldayıbOnu qəflət yuxusundanOyadım mən.Nə elə bir şəfəqəm ki,İşıq yayıb.Açım zülmət pərdəsiniGözlərindən.Bəs neyləyim,Kimə deyim öz dərdimi?Hara gedim?İmdadıma yetən varmı?Çar məmuru,Dəftərxana mütərcimiBir millətinYarasını sağaldarmı?Bu tapdığın üstü qanlıMəktuba bax:Haqq istəyənDillər belə kilidlənir.Bu məktublarHər gün gəlibQalaq-qalaq.Sinəm üstə kitab kimiCilidlənir.Ürəyimdə çırpınırSöz həvəsi də,Sühbə kimi düşünürəmƏldə qələm.Görürəm ki, nə qəzəldir,

Nə qəsidəMillətimin yarasınaŞəfa, məlhəm.Gül-çiçəyə qoşma deməkVaxtı deyil,Bülbül kimi inildəməkVaxtı deyil,Mən sevirəmÖz xalqımın sərvətini,Nizaminin cahanşümulSənətini.O, bir şeir günəşi təkNur saçandaDühasına heyran qaldıMəmləkətlər.O, idrakdan, fəlsəfədənSöz açandaAvropada köçəriydiÇox millətlər.Bu gün Vətən od içindəYanır, qardaş,Nəsihətlə rəhmə gəlməzÜrəyidaş.Mən PuşkiniOxuduqca dönə-dönəUsanıram yar, yarDeyən qəzəllərdən.Oxuduqca qaranlıqdanNurlu günəBirdən-birə gözlərimiAçıram mən.Oxuduqca artır gücüm,Artır səsim,ÇarpışmağaTəzə meydan istəyirəm.Görürəm ki,Bu dar dünya

Olmur bəsim,Mən genişlik istəyirəm,Mən asiman istəyirəm.Mən bir qanad istəyirəm,Zirvələrə uçmaq üçün,Mən bir həyat istəyirəmXalqa işıq saçmaq üçün.Mən təzədən yaranıram,Mən təzədən doğuluram.Mən təpədən dırnağacanÜsyan, qəzəb, kin oluram.Tutub boğmaq istəyirəmƏllərimlə dərdi, qəmi.Hazıram ki, süngülərəSipər edim öz sinəmi.Ömrümün ən ağır günü,Xoş günü mənSevə-sevə oxuyuramPüşkini mən,Niyə bizim cavanlarınDodağındaQaranquş tək qanad açmırBu nəğmələr?Süründükcə məscidlərinQabağında,Ayələri əzbərləyirAxşam-səhər.Dərvişlərin nağılınaQulaq asıb,Millət şirinRöyalarda xumarlanır.Yaxa yırtır,Dizlərinə döyür kasıb,Qanlı başaZəncir vurub “tumarlanır”.Hanı mənim öz əlifbam,Öz kitabım?

Hanı mənimŞüurlarda inqilabım?Hanı mənim Babək ruhluMübarizəm?Hanı mənim şeir,Sənət Çənlibelim?Sahilini duman örtmüşBir dənizəm,Heç bilmirəmHara axırQəzəb selim.Mən öz sənət meydanımıAxtarıram,Yatmışları silkələyənSöz qoşmağa.Mən öz Senat meydanımıAxtarıram,Rıleyev tək,Bestujev təkÇarpışmağa!Marlinski dinlədikcəFətəlini,Deyir: – Qardaş,Anlayıram dərdini mən.Bu şəhərdə sıxan gündənDost əlini,Ürəyini oxumuşamGözlərindən.Bilirəm ki, Vətən deyə,Millət deyəSən hazırsan aslan kimiDöyüşməyə.Ancaq kimlə? –Bilirsənmi?Yox, bilmirsən!Təkcə dinmi, cəhalətmiSənə düşmən?

Bir qulaq verDost sözünə,Dost səsinə:Ən qorxulu düşmənin var, –O da çardır.SüngüsüyləMillətinin sinəsinəHəkk etdiyiO qanunsuz qanunlardır.O qanunlar sıxır,Boğur vətəniniAnam doğma RusiyanıBoğduğu tək.O qanunlarSürgünlərə atdı məni,O qanunlarHələ nələr törədəcək!

ÜrəyiminSağalmayan yarasındaŞəhid olmuş dostlarımınFəryadı var,ÇapalayırSal buzların arasındaYüz-yüz bizimHaqq istəyən qəhrəmanlar.Qarlı Sibir mədənləri,Qandal səsi...Zindan, məhbus bolluğundanÇar xoflanıb.Hər vicdanıPusur polis xəfiyyəsi,Bir millətinAzadlığı buxovlanıb.O qanunlarArzuları diri-diriSinələrdən qopardaraqAtır oda.

Puşkin kimiMəğrur sənət cahangiriMütləqiyyət pəncəsindəSıxılmada.Mən də, sən dəBu dövranı dəyişməli,Bax, bu yoldaVətən deyib döyüşməli!Bir millət ki,Oğulları asılmadı,Sinəsinə yanar dağlarBasılmadı,Ağrılardan püskürmədiVulkan kimi,Hayqırmadı qasırğalıÜmman kimi, –O millətin ürəyindəMəhkumluğa nifrət olmaz.Zalımını, düşməniniTanımayan bir millətdənTayfa olar,Millət olmaz.Əl yanmasa,Tutmaz maşa,Göz kor qalarOd görməsə.Millət çətin doğmalaşaQan udduranYad görməsə.Qardaş, qəlbənSevirəm mən bu Qafqazı,Düşünmə ki, vurğunluğumBir anlıqdır.Mənim sizə gətirdiyimNur şüası,Çarın isə göndərdiyiQaranlıqdır.

Tanıdınmı dostun kimdir.Düşmənin kim?Kimdir yayanMövhumatı, cəhaləti?Şüurları zəncirləyənQanlı hakimBoğur qəflət yuxusundaHər milləti...Görən şair SəbuhiAyıldıqca bilirmiBu söhbətin müddətiBir saatmı, bir ilmi?Bir əsrmi dayanıbO, dostunu dinləyir.Bunu kitablar demir,Bunu sənətkar deyir,Ölümlərin gözünəDik baxan bir sənətkar.Nəğmələri Neva təkGur axan bir sənətkar.Sözlər alovla dolu,Sözlər üsyanla dolu,Danışdıqca BestujevFətəlinin gözündəÖlümlə, qanla doluÇarın səltənətinəNifrət odu yaranır.Dostunun hər kəlməsiGüllə qatarı kimiKöksündə sıralanır.Beynində tufan qopur.Ürəyində zəlzələ.Od alova qovuşur,Çay dənizə, sel selə.Şığıyıb dağlar aşırO, silsilə-silsilə.Həyat əvvəlki deyil,

Dövran əvvəlki deyil,Küçə həmin dar küçə,Səki o səki deyil,Bura Cıdır düzüdür,Bura Senat meydanı.Döyüş, sınaq meydanı,Ölüm, həyat meydanı.

Fətəlinin gözündəBütün aləm dəyişir.Onun şair vicdanıHaqsızlıqla döyüşür...

IV

Cavan gəlin çay gətirir piyalələrdə,Üzü açıq, gözlərində ismət şöləsi.Gələnlərin xidmətində dayanıb ər də,Ləziz, dadlı nemətlərlə dolub süfrəsi.

Uşaq kimi sevincəkdir Fətəli, Tubu,Evlərinə ən möhtərəm qonaqlar gəlib.Ədiblərin, şairlərin məclisidir bu,Ürəklərə işıq verən çıraqlar gəlib.

Sinilərdə aş qalanıb at təpə kimi,Sürahidə qəzəbindən qızarır şərab.– Nə baxırsan dərs bilməyən tələbə kimi?Tez ol, doldur qədəhləri, ay xanəxərab!

– Ay Səbuhi, öz evindir, öz halal payın,Sən süzəndə şirin olur zəhər də, bal da,Xumarlanıb məst olmuşam ətrindən çayınQorxuram ki, şərab içim, məni ayılda.

Tubu xanım eşitdikcə bu söhbətləriFərəhlənir, qaşqabağı açılır hərdən.Təki qəmlər dəryasına batmasın əri.Bükülməsin ağır işdən, qara xəbərdən.

O bişirər yüz qonağın xörəyini də,Gecə-gündüz süfrə açar dost gəlişinə.Qəlbini də, gözlərinin bəbəyini dəQurban verər Fətəlinin bir gülüşünə.

Heyhat, onun dərdli keçir günü, saatı,Cavan ömrü qovğalıdır, yolu çarpaşıq.Bu meydanda nə səbri var, nə ehtiyatı,“Düşmən qəvi, tale zəbun”, dövran qarışıq.

Sübhə kimi fikirləşir, götür-qoy edir,İstəyir ki, dərdlərini qanıyla yaza.O, sevinir, ürəyində gəlin toy edir,O, qəmlənir, Tubu xanım qərq olur yasa.

Öz əriylə gəlib durur yaxın-yanaşı,O ürəkdən bu ürəyə köçsün qəm, kədər.Sənətkara həssas qəlbli ömür yoldaşıGərəklidir ilham qədər, istedad qədər...

Uşaq kimi sevincəkdir bu axşam Tubu,Evlərinə ən istəkli qonaqlar gəlib.Elə bil Ay nurlandırıb sönən qürubu.Ürəklərə işıq verən çıraqlar gəlib.

Şair Vazeh bir tərəfdə tutub yerini,Sükutu da mənalıdır, danışığı da.Sətir-sətir söylədikcə şeirlərini,Sətirləşir alnındakı qırışığı da.

Gözlərində kölgəsi var yüz işgəncənin,Saç-saqqalı ağappaqdır vicdanı kimi.Şerimizin günəşini doğan Gəncəninİncə qəlbli şairidir, müdrik alimi.

Mollalarla ağızlaşıb, dinlə döyüşüb,Qələmiylə iynələyib daş ürəkləri.

Öz elindən, obasından didərgin düşüb,Nəğmələri qan ağlayır o vatxdan bəri.

Səbuhinin dəvətilə gəlib Tiflisə,Ürəyində Vətəninə vəfa, sədaqət.Öz dostuyla qaranquş tək verib səs-səsə,Şöhrətlənib yaratdığı “Divani-hikmət”.

O məclisə gələnlərin əməli saleh,Vicdanı pak, qəlbi sənət eşqiylə dolu.Orda şerin sirlərindən söz açır Vazeh,Zəkasıyla nurlandırır qaranlıq yolu.

Qərbin, Şərqin əşarından yaxşı halıdır,Xəyyam, Dante rübabını sevir ürəkdən.Bu axşam da o, məclisin ağsaqqalıdır,Yorulmayır vəcdə gəlib şeir deməkdən.

Gah Şillerə meydan verir tərcüməsində,Gah Sədinin divanını gətirir dilə.Gete necə doğmalaşır onun səsində,Heyne süzür ürəyindən hey gilə-gilə.

Çavçavadze – Gürcüstanın ustad şairiÇənəsini söykəyibdir, əl ağacına.Bu məhəbbət nəğməkarı, həyat şairiDönüb nəğmə əsirinə, şeir acına.

O başının tükü sanı məclislər görüb,Çox dinləyib çonqurini, kamanı, sazı.Vazeh şeir bağçasından bir çələng hörüb,Bir çələng ki, bihuş edir ətri knyazı.

Bu nəğmələr Bestujevi sirli, sehrliŞərqin hikmət dünyasına çəkib aparır.Neçə rəngli, neçə səsli, neçə bəhrliƏruz vəzni ürəyində tufan qoparır.

Əllərini sinəsində daraqlayıb o,Damağında qəlyan sönüb, yoxdur xəbəri.Bir məclisdə min bir kitab varaqlayıb o,Səyahətə çıxır uzaq qərinələri.

Fikirləşir: – Qoca Şərqin dərdi böyükdür;Özgələri başa qoyur onu tac kimi.Öz dühası, öz idrakı özünə yükdür,Bol meyvədən yerə çökən bir ağac kimi.

Həm varını, həm ağlını mənimsəyirlər,Zəli kimi sovururlar düşüncəsini.Ona şagird, özlərinə ustad deyirlər,O da susur, öz içində boğub səsini.

Öyrənənlər ağıllanıb öyrədən olur,Burda hiylə, siyasət də çatır köməyə.İməkləyən ayaq tutub yol gedən olur,Yeriyəni məcbur edir iməkləməyə...

Üzündə nur, başında fəs, önündə kitab,Mütəkkəyə dirsəklənib Vazeh danışır.Hər qapıya açar tapır, hər sirrə cavab,Hər kəlmədən dili yanır, qəlbi alışır.

– Ulu Sədi belə deyib öz qitəsində:– “Ey hökmdar, məndən əvvəl şairlərimizSənə yazıb hər şerində, fəxriyyəsində:Xoşbəxtik ki, zəmanəndə yaşayırıq biz.

Sən özünü xoşbəxt bil ki, Şeyx SədiyləBir dövrdə yaşayırsan, gülür muradın.Ədalətlə, ləyaqətlə hakimlik eylə,Bəlkə mənim bir şerimdə çəkilsin adın”.

Bax, əbədi sənət budur, ölməzlik budur,Əsrlərdən qonaq gəlir məclisimizə.Bəli, Xəyyam müqəddəsdir, Sədi uludur,Xaqani ən ibrətamiz məktəbdir bizə.

Qoy zamanın tufanıyla qaynasın qanın,Fəqət öyrən babalardan, onlar nə deyir:Bir ürəyin, bir kamalın, bir də vicdanınVəhdətindən yaranmışdır həqiqi şeir.

Nədir mənim son məramım? –Deyim sizlərə:Elin fikri, xalqın səsi şerin canıdır.Şair ümid çırağıdır ümidsizlərə,Ürəklərin harayçısı, zəng çalanıdır.

Təsbehini övkələyib ovuclarında,Dizlərini yerə basıb Şərq adətiylə.Şam işığı titrədikcə ağ saçlarında,O, məclisdə şölə saçır ləyaqətiylə.

Çavçavadze vəcdə gəlib qalxır ayağa,Görkəminlə dağ vüqarı, qaya siqləti:– Ruhumuza qida verən əziz qonağaMinnətdarıq.Qəbul edin bu məhəbbəti.Biz bir ovuc ziyalıyıq:Bağlıyıq öz millətimizə.Bestujevi yandıran dərd yandırır məni,Qoymayaq ki, qəlbimizin xoş nübarınıFitnəkarlar ayaqlayıb torpağa sərsin.Bu qardaşlıq, bu sədaqət toxumlarınıMillətlərin arasında səpək, göyərsin!

Görərik ki, baxça olur, bəhər verir o,Nəsillər də bağban kimi xatırlar bizi...Bestujeyin ürəyindən xəbər verir o,– Bu sağlığa içək, – deyir, – piyaləmizi.

Müqəddəsdir məramınız, hörmətli knyaz,O bağçanın ilk fidanı burda əkilir.Qardaşlığın odu sönməz, rəngi qaralmaz,Ona xalqın ürəyindən işıq çəkilir.

Mirzə Şəfi sual verir:– Ancaq nə yolla,Nə tədbirlə bu mərama çataq, qardaşlar!Millətimə layla çalır ruhani molla,Yatır qəflət yuxusunda beyinlər, başlar.Baqqal deyir: – Sən dinsizə çörək satmaram,Çünki məktəb, ürfan sözü səndən törəyib.Axund deyir: – Naməhrəmsən, əl uzatmaram,Əlin kafir Axundovun əlinə dəyib.

Millət uyur hiyləsinə şarlatanların,Bir günahsız müqəssir tək çaşıb qalıram,Sözü keçir sənətkara şər atanların,Alçaqların fitvasıyla mən alçalıram.

Neyləməli?Bu dəm dinir Mirzə Fətəli:– Ustad, şeir yazmalıyıq qılıncdan iti.Hər dərdini öz dilində xalqa deməli,Nəzirələr, mədhiyyələr yıxdı milləti.

Çoxdandır ki, şeir, sənət çaşıb yolunu,Dəllalların əlində bir oyuncaq olub.Məsləksizlər ayaqlara döşəyib onu,Əvəzində aldığı pay bir qucaq olub.

Hakimlərin təlxəyidir məddah şairlər,İlhamını matəh kimi qoyur hərraca.Yaşayırlar eldən ayrı, xalqdan bixəbərYüz cür yalan sırıyırlar yoxsula, aca.

Girib tərif yarışına rütbəpərəstlər,Bir-birini ayaqlayır itaət üçün.Əqidəsiz ölü canlar, soyuq nəfəslərTiryəkdən də qorxuludur cəmiyyət üçün.

Nə zaman ki, vicdan susur, qeyrət uyuyur,Nə zaman ki, mütiləşir alim, sənətkar,Millətin də ruhu küsür, qəlbi soyuyur,Öz-özünə məğlub olur döyüşdən kənar.

Sübhə kimi qulaq asır dostlara TubuBu mənzilə ən istəkli qonaqlar gəlibElə bil Ay punlandırıb sönən qürubuÜrəklərə işıq verən çıraqlar gəlib.

V

Qazamatın qabağındaKeşikçilər dayanmış.Barmaqları tətikdədir;Burda nə din, nə danış.Sifətləri daş kimidir,Baxışları duyğusuz.Onların bir peşəsi var:Bunu gözlə, onu pus.Yaxın qoyma, vur döşündən,Lazım gəlsə güllələ,Nə həsrətli gözlərə bax,Nə uzanan bir ələ.Qana belə,Vur, itələ,Tut qapını,Kəs yolu.Mükafatın ya pul olar,Ya da reis “sağ olu”.Dövlət bilirKimdir onunKeşikçisi, dayağı:Nökərlərin ən sadiqi,İtlərin ən sayığı...Qazamatın qapısındaGözətçilər dayanmış.Silahları deyir sənə:Burda nə din, nə danış!

Barmaqlıqlar arasındanBoylandıqca dustaqlar,Bu tərəfdə gildir-gildirGöz yaşları tökən var.Yaşmaq altdan ana baxır,Bacı yolur saçını,Gürcü qızı səssiz didirBoynundakı xaçını.Bura Metex qalasıdır,Bura ölüm kabusu.Oğul zindan dustağıdır,Ana çadra məhbusu.Aralıqda qədim divarHəsrət kimi dayanmış.İki dövlət arasındaSərhəd kimi dayanmış.Üç millətin fəryad səsiBir-birinə qarışır.Üç ürəyi birləşdirənQəm dil açıb danışır.Hər dustağın bir əzizi,Bir yananı var burda.Daş üstündən gizli-gizliBoylananı var burda.Daş tapılmır,Bu yollardaYer bərkiyib, daşlanıb.Qazamatın qabağındaDaş qıtdığı başlanıb.Daş axtarıb,Kəsək tapıb,Əllərini qızardanAz qalır ki, dişləriləDaş qoparsın hasardan.Daş tapılmır,Vay o gündənÜrək dönüb daş ola.Vecə gəlməz çaylar kimiSüzülən göz yaşları.Ayaq altda qoyasan ki,Bəlkə bir az yumşalaO duyğusuz sinələrdəGəzən soyuq daşları.Gələnlərin ürəyindəQardaş dərdi,Dost dağı,Biri həyat dustağıdır,Biri zindan dustağı.İzn alıb görüşən dəİçin-için ağlayır.Həsrətlilər yaxa yırtıbGörüşməkçin ağlayır.Koroğlu tək eşmə bığlı,Özü palıd cüssəliBir cavan var,DustaqlarınHamısından qüssəli.Gözü yollar yorğunudur,Könlü insan möhtacı.Bu gün onun görüşünəNə yar gəlib, nə bacı.Yoxdur onu haraylayanBu qədər səs içində.O, yetimdir, kimsəsizdirDəmir qəfəs içində.Bir tarı var,PərdəsindəAh gəzir, qəm yeriyir.Sinəsinə basan kimiSimlər yanıb əriyir:Dəli könül cuşa gəldi,Dərd ayılıb huşa gəldi.Vüsal qaldı yarı yolda,Həsrət qəmlə qoşa gəldi.

Bir ah çəkdim, yandı otlar,Silkələndi göy palıdlar.Doluxsunub boz buludlarGözümdəki yaşa gəldi.

Ürək çəkir yüz möhnəti,Nə səbri var, nə taqəti.Dövranın hər fəlakətiBu bəlalı başa gəldi.

Gör kim idim, kim olmuşam;Bir taleyi kəm olmuşam.Sevinc gəzib qəm olmuşam,Ömrüm bitib başa gəldi.

Gözlərimdən qan damanı,Yar unudub and-amanı.Mən bədbəxtin son gümanı,Bir ürəyi daşa gəldi.

Dost aralı, düşmən yaxın,Duman gəlir axın-axın.Qara gözlər, mənə baxın,Bəlkə dərdim, “xoşa” gəldi.

Kimə dəydi yamanlığım? –Özüməm öz qurbanlığım.Gün görmədi cavanlığım,Yazdan çıxıb qışa gəldi...

Mizrab tara toxunur,Nəğmə deyir o, yenə.Mizrab hara toxunur? –Ürəklərin telinə.O nəğməkar hıçqırır,O sınıq tar inləyir.Keşikçi də dinləyir,Dustaqlar da dinləyir:“Qalanın dibindəBir daş olaydım.Gələnə-gedənəYoldaş olaydım.Qalanın içindəYarıma həsrət.Kəndimin toylarıTarıma həsrət.

Qalanın üstündəBir quş olaydım.Anamın yanınaUçmuş olaydım.

Qalanın küncündəDərd qalasıyam.Ölüncə dünyadaMərd qalasıyam.

Qalanın altındaQuyum olaydı.Gözümün yaşıycaSuyum olaydı.

Qalada yaramıBağlayanım yox.Qalanın çölündəAğlayanım yox.

Yandım,Qala-qalaQalandı dərdim.Ölsəm də, ay Qala,Qalandı dərdim”.

Nəğmə necə sehrli,Nəğmə necə füsunkar!Hönkürür, ağladır tar.Telini ürəklərinTelinə bağlayır tar.Pərdələrdə gəzişənMizrabdır, ya göz yaşı?Simlər üstə qızışıbBarmaqların savaşı.Yara həsrət əlləriÇala-çala əriyir.Sanki, onun ahındanBu daş qala əriyir.Sanki, daşlar yeriyir,Üstündə yüz-yüz ayaq.Əllər qalxır yuxarı,Enir divar, uçur tağ.Tüfəng tutan soldatınƏli birdən boşalır.Nəğməyə əsir olubDaş ürəyi yumşalır.Dustaq onun fatehi,Dustaq onun hakimi.Silahıyla titrəyirQolubağlı qul kimi.Atılır irəliyəGözüyaşlı bir ana.Barmaqlıqlar içindənSarmaşır balasına.Soldat görmür onları,Soldat baxır uzağa.Tüfənginin süngüsüSancılıb boz torpağaNəğmə lal edir onu,Nəğmə kövrəldir onu.Həsrətlə xatırlayırSahibsiz qarmonunuO şirmayı dilləriToz basıbdır nə vaxtdan.Barmaqları göynəyib,Aralanıb çaxmaqdan.Yanğın düşən ürəyiİstəyir parçalana.O, bir Şimala baxır,Bir də bu tar çalana.– Fətəli, bu necə ilahi səsdi!İnsanmı, pərimi nəğmə oxuyan?Gözlərim yaşardı, ürəyim əsdi,Bir anda bir əsri yaşadım, inan.O düyünlər açdı, tarixlər dedi,Tərcüməsiz duydum o qəmi, dərdi.Təbiət bülbülə dil versə idiSizin dilinizdə nəğmə deyərdi.Bir quru ağacdan yaranan bu tarRuhumu ram edib öz tilsimində.Bir xalqın yaralı ürəyi ağlar,Min sinə dağı var incə simində.Qubanı, Qusarı gəzib dolaşdım,Dinlədim balaban, tütək səsini.Qartallı dağların belindən aşdım,Gördüm yas yerini, toy məclisini.Ancaq misilsizdir bu ilahi səs,Ürəyim o dərdin, qəmin məhbusu.Kaş qismət olaydı mənə bu məhbəs,Diz çöküb öpəydim həmin məhbusu,Səbuhi, qardaşım, indən belə sənMənə öz dilini öyrətməlisən.Bu dili Püşkin də bir az öyrənib,Sizin nəğmələrlə çağlayır qəlbi.Lermontov bir şirin avaz öyrənib,Ürəklə yaradıb “Aşıq Qəribi”.Mənim də bu dilə var məhəbbətim,Peşman etmərəm müəllimimi.Bu nəğməkar xalqın, şair millətin

Dilini sevərəm öz dilim kimi.Ya qismət, qayıdıb vətənə dönsəm,Bu dil unudulmaz, düşməz dilimdən.Bu dildə anama şeir deyərəm,Bu dili balama öyrədərəm mən.Vətənə çatmayıb, ölsəm Tiflisdə,Bircə xahişim var, mən deyən olsun.Qardaşım, tar çaldır qəbrimin üstə,Simlər haray çəkib inləyən olsun.Ömründə ilk dəfə, bəli, ilk dəfəSevincdən ağlayır Mirzə Fətəli.Atılır quş kimi dostu tərəfə,Onu qucaqlayır Mirzə Fətəli.Yox, o, geniş açır öz qucağını,Qolları Kür ilə Arazdır onun.Bestujev yurdunu, Puşkin xalqınıÖpür dodağıyla odlar yurdunun.

VI

Dövran onu günbəgünSıxan kəlbətin oldu.Yaşamaq çətin oldu,Yaratmaq çətin oldu.O, daş kimi bərkidi,Dağ kimi mətin oldu.Çiyni çarın olsa da,Qəlbi millətin oldu.Dözdü zəmanəsininDözülməz möhnətinə.Bəzisi tək getmədiMəkkə ziyarətinə.Ayağı yerdən qopub,Əli göydə qalmadı.Kilsələrdə diz çökübBoynuna xaç salmadı.Vətəndən üz döndərib,Təbəlikdən çıxanlar,Yerə atıb paqonu,Yerdən qızıl yığanlar,Bir çardan üz döndərib,Bir şaha baş əyənlər.Mən möminəm deyənlər,Müsəlmanam deyənlərQurban verib məsləki,Yadırğayıb milləti,Yalnız dində gördülərDüzlüyü, həqiqəti...Getdi əqidə, bilik,Dik yeriyən, şax duranSüründü dizin-dizin.Papağından dəm vuranAyaqda başmaq oldu.Fəlsəfəsi mütilik,Zülmə tablaşmaq olduDünənki mübarizin.Bəs Fətəli neynədi?O dözdü yana-yana.Vəzifəsi dilmanclıq,İş yeri dəftərxana.Dəftərxana – yoxsulunYüz-yüz bağlı naməsi.Hər qovluğda qovrulan,Bir külfətin nalesiHər qovluqda göz yaşı,Külə dönmüş arzular.Hər qovluğun üstündəBiganəlik tozu var.Hər qovluğun üstündəRusca belə yazı var:“Göndərilsin arxivə,Məlum deyil ünvanı”.Bu da çarın qayğısı,Bu da haqqın divanı!Bəs Fətəli neynədi?

Qəlbi qan, fikri ayıq,O, kağız dəryasındaLəngər vuran bir qayıq.“Yox, mütləq tapmalıyıq,Bir çarə qılmalıyıq”.Bu məktubun sahibiƏldən gedir, kasıbdır,Yazıq, imza yerinəBarmağını basıbdır.Bu məktubun üstündəQan izləri görünür.Bu məktubun üstündəOn bir yetim körpəninDırnaq yeri görünür.Hər məktubda bir kitab,Bir həyat əsəri var.Bütün AzərbaycanınBurda dərdi-səri var.O, Tiflisdə oturub,Çəkir el möhnətini.Ovcunun içi kimiGörür öz millətini.Ondan imdad istəyirİsməti tapdalanan.Bəyin, xanın əmriyləYurd-yuvası talanan.Ondan məktəb istəyirYoxsul kənd uşaqları.Ondan işıq istəyirYüz evin çıraqlarıOndan cavab gözləyirOğul itirmiş ana.Bura ədalət evi,Bura baş divanxana...Ən böyük rüşvətxana! –Qəlbi daşlar sərgisi.Çürüyən bir dövlətinRiyakarlıq mərkəzi.Burda qanun dəbdədir,Möhürlüdür kağızlar.Qanundan dəm vurandaKöpüklənir ağızlar.Məmurlar elə bil kiHazır qəlibdən çıxıb.Qızıl manatlar kimiParlayır sifətləri.Elə bil ki, ömründəAna bətni görməyib,Məmurlar cibdən çıxıb,Puldur ədalətləri,Puldur ləyaqətləri.Yoxsullar həftələrləQəbulda can çəkirlər,Kimsəsizlər haqq deyib,Göz yaşları tökürlər.Boynu yoğun polislər,Rütbəli möhtəkirlərDurub ikiqat olurGələn tacirə, xana.Bura “ədalət evi”,Ən böyük “divanxana”.Ən böyük dəllalxana,Üstü örtülü bazar.Burda qələm pul görüb,Mürəkkəbsiz də yazar.Başda həzrət canişinTəmsil edir dövləti.Başının üzərindəPadşahın portreti.Başsızın üzərindəÇürük başı ucalır.Sanki qəbrin üstündəSinə daşı ucalır.Qapının arxasındaBoynun büküb yetimlər.

Qapının arxasındaSaysız ölüm – itimlər.Qapının arxasındaNalələr, yalvarışlar.Polis yumruqlarıyla,Rəis buyruqlarıylaƏzilən dərdli başlar,Tökülən qanlı yaşlar.Salonun ortasındaGeneral həzrətləri.Bəzəkli yolka kimiParıldayır hər yeri.Xalqın sadiq düşməni,Çarın sadiq nökəri.Vəzifəsindən xumar,Hökmündən razı, məmnun.Vicdan sövdəgərləriXidmətindədir onun.Ayağının altındaBiri pəyəndaz olur.Biri dördqat əyilir,Görsə bu da az olur,Əyilməyə gətirərÖz əhli-əyalını,Təki rəis xoşlasınBu vicdan dəllalını.Ürək necə yanmasın,Necə dönməsin qana?Bura “ədalət evi”,Ən böyük divanxana.Pul üstündə can qoyan,Ölkəni viran qoyanƏn böyük viranxana.Dərdi başından aşanYüz-yüz, Səbuhi təkdir.Göz yaşıyla danışanYüz-yüz, Səbuhi təkdir.Hamıya əl uzatmaq,Xalqın hayına çatmaq,Həyan olmaq gərəkdir.Dilmanc olmaq gərəkdirDilbizməz məmurlara.Hər bədbəxtin dərdiniBöyüklərə deyirdiO, alışa-alışa,O, yalvara-yalvara.Özüyçün əyilməyiÖlümdən betər bilib,Öz xalqının naminəO, hardasa əyilib,Neçə bağlı qapıyaAçar oldu Səbuhi.Neçə haqsız qəzəbəDüçar oldu Səbuhi.O, dönmədi yolundan,Daşınmadı fikrindən.Dedi: – Külə dönüncəVətən deyəcəyəm mən.Sinəmdə bir ürək varVətən Əsli, o Kərəm.Yüz yerə parçalansam,Yüz yol Vətən deyərəm.Yüz kösöv olub yansam,Yüz yol Vətən deyərəm.Öz xalqıma xidmətim,Rus xalqına xidmətim,Fars xalqına xidmətim,Hər xalqa xidmətimdir.Vətənə məhəbbətimDünyaya rəğbətimdir.Fətəlinin ürəyiBu eşq ilə döyündü.Zehni itiləşdikcə,Qələm süngüyə döndü...

VII

Şam işığı, səssiz otaq...O, masanın arxasındaSübhə kimi oturaraqHey düşünür dərin-dərin.O, çırpınır pəncəsindəDağdan ağır fikirlərin:Haray dostlar, haray dostlar!Yetim kimi inildəyənBir ürəyim var, ay dostlar!Nəğmələrim yaralıdırParçalanmış sinəniztəkDünən Püşkin can verəndəÜrəyimdə çapaladıNeçə arzu, neçə istək.Nələr etdi əli qanlıÇar nökəri, çar cəlladı:Bir şairə güllə atıbBir milləti yaraladı,Bir dünyanı yaraladı.Gözəlliyi yaraladı,Gül-çiçəyi yaraladı.O, bu günə qəsd eləyib,Gələcəyi yaraladı.O güllənin alovudurGözlərimdə yanan mənim.O güllənin tüstüsüdürSaçlarıma qonan mənim.O güllənin ağrısıdırÜrəyimi dəlib-deşən.Ölən dostdur, gedən sirdaş,Mən təklənib yetimləşən.Əllərinin hərarətiSoyumamış əllərimdən,Təzə doğmuş bir günəşi –Lermontovu itirdim mən.Güllə dəydi Bestujevə,Sinəm bir də yaralandı.Həmdəm getdi, qardaş getdi,Ümid məndən aralandı.O üsyankar rus qəlbinə,Rus səsinə güllə dəydi.Dodağında əzbər olanAzərbaycan nəğməsinə,Azərbaycan kəlməsinəGüllə dəydi!Bu nə həyat, nə dövrandır?Təməli qan, hökmü qandır.Haqq deyənin mükafatıYa güllə, ya dar ağacı.Dahilərin al qanıylaParıldayırNadanların taxtı-tacı.Yaltaqlığın meydanı gen,Murdar üzü təmtəraqlı.Yalanların yolu açıq,Həqiqətin dili bağlı.Ərlər muzdur, mərdlər kasıb,Gədalarsa bəydir, xandır.Qanmaz, cahil olmaq azad,Arif olmaq qadağandır.Qadağandır bu dövrandaİnsan kimi fikirləşmək.Həyat mərdə göz dağıdır,Ağlı kora qızıl çeşmək...Şam işığı, səssiz otaq,O çatılan qaşlara bax,O yuxusuz gözlərə bax.Əynindəki hərbi geyimSıxır onu zindan kimi.Çiynindəki zər paqonlarBir cüt qızıl ilan kimiBaş qaldırıb dinmə deyir.

Yüksək çarın qulluğunda,Ucalardan enmə deyir,Ordenləri dilə gəlir:Həm nurluyuq, həm də parlaq,Gözlərini qamaşdıraq,Həqiqətə kor kimi bax.Sən ədalət, haqq istəmə,Rütbə istə, nişan istə.Sinəndəki ürəyi sat,Bizləri düz sinən üstə.Fəqət üsyan edir ürək,Ədalətli bir hakim tək.Vicdanını satma deyirNə rütbəyə, nə çinə sən,Neynirsən o qızıl teşti,Qan qusasan içinə sən?Məzlumların naləsinə,Fəryadına qulaq as bir:Ağlayanın göz aşlarıAğladana qəhqəhədir.Sən coşmalı, çağlamalı,Sən ürəklər sağaltmalı,Ürəksizlər dağlamalı.Dilsizlərə dil verməli,Qan-qan deyənNəs dilləri bağlamalı.Millətinin itirdiyiƏsrləri haqlamalı,Əsrləri örtməlisən.Bir ordunun yürüşünü,Hücumunu, döyüşünüBir qələmlə etməlisən.Yollar açıb sabahına,Tufanların qabağınaBayraq kimi getməlisən.Boğulsa da nitqin, səsin,Təngisə də od nəfəsinMəqsədinə çatmalısan,Amalına yetməlisən.Bu müqəddəs, çətin yoldaÖmrün qurban ola bilər.Puşkinin mərd sinəsi təkSinən al qan ola bilər,Bəlkə sənə tuşlanacaqLermontova dəyən güllə.Bəlkə sənə tuşlanacaqQızıl saçlı BestujeviKülək vurmuş qızılgültəkO ikiqat əyən güllə.Bəlkə...Bəlkə...Bu bəlkələr,Bu qorxular, təhlükələrÜrəyini çox övkələr,Varlığını çox silkələr.Hələ zindan küncləri varSənətkarı çürütməyə.Satqınlar var,Fürsət gəzirFitnə-fəsad törətməyə.Alçaqlar var,Şeir-sənət meydanındaDardır yeri.Yollar gəzirLəkələsinQəlbi təmiz şairləri.Yaltaqlar var,Mənlik, vüqarGözlərinə batan oxdur.Kişiliyi, cəsarətiGörməyə heç gözü yoxdur.Sən mərd olsan,Cavan ömrünSürgünlərə gedə bilər.

Qara əllər gecəyarıSəni boğub didə bilər.Qara əllər, qara fayton,Qapqaranlıq xəlvət gecə.Bəlkə sənin mənzilinəSoxuldular lap indicə.Bəlkə isti nəfəsindənKörpə kimi xumarlanan,Sənin şair əllərinləHörükləri tumarlananEşqə sadiq bir qadın daSaçlarını yola-yola,Boğuldu öz fəryadında.Bəlkə əzib tapdaladıYaratdığın şah əsəriGönü qalın bir qoçununAltı qalın çəkmələri.Bəs Xaqani?“Həbsiyyəni” yaza-yazaSöz silləsi vurmadımıHər rütbəli yaramaza?Bəs Nəsimi?Öz qanıylaQoca ŞərqinƏn üsyankar bahadırı?O, “Ənəlhəq” – demədimiSoyulanda diri-diri?Bir şair ki, ürəyindəVətən dərdi, yanğısı var.Onun zindan təhlükəsi,Vaxtsız ölüm qorxusu var.Əzablardan çəkinməyibQoş səsini sən onlara.Millətinin yazan əli,Atəş açan səngəri ol.Nifrət edibÇar verdiyi paqonlara,Sən vətəninPaqonsuz bir əsgəri ol!Şam işığı, səssiz otaq..O qaralan kağızlara,Bu ağaran saçlara bax:“Qəlbim kinlə, qəmlə dolu,Necə deyim, necə yazım?Necə çatsın millətiməHər məramım, fikrim,Arzum?Nə məktəb var,Nə əlifba.Çoban qardaş,Cütcü baba,Yaşmaq altda ömür sürən,Günəşi də gizli görənPərzadlarım, Sonalarım,Bacılarım, analarımNecə məni oxusun bəs?Şeir yazmaq fayda verməz,Roman yazmaq fayda verməz.Güzgü kimi düz göstərənSəhnə gərək indi bizə.Qəhqəhəsi bir ildırım,Kinayəsi iti nizə.Gülüşü də mübarizə,Göz yaşı da mübarizə.Millət açıb gözləriniYaxşı baxsın o güzgüyə.Bir özünə nəzər salsın,Bir özgəyə.Görsün kimdir,Görsün nədir.O, kimlərin əlindədir.Bir özünə gəlsin millət,Öz eybinə gülsün millət.

Gülsün gözü yaşarınca,O, kor olub ağlamaqdan.Bezib min il mərsiyəyləÖzünə yas saxlamaqdan.Hər fikrimdə təbil səsi,Gülüş, nifrət partlayışıNadanlığın, cəhalətinQoy laxlasın təməl daşı.Hər pyesimdə məzhəkəninBol-bol yeri olmalıdır.Bu millətin öz Russosu,Öz Molyeri olmalıdır.Səhnəmizin pərdəsiniGərək elə açsın əlim,Çirkin həyat pərdəsiniDidə bilim, yırta bilim...O öz şahın xəyalındaZülmətləri yara-yara,Ürəyini sübhə kimiBoşaltdı ağ varaqlara...

VIII

Hər kəsin öz yolu, öz niyyəti var,Kimi ev dağıdır, kimi yurd salır.Ancaq bir yaratmaq səadəti var,Bax, bu səadətlə insan ucalır.Yaratmaq! –Zindanlar küncündə yatsan,Öz qanına batsan, yenə yaratmaq!Ölüm bahasına xalqı oyatsan,Ölüm yox, həyatdır məzarda yatmaq.Yaratmaq! –Qətrədən ümman yaratmaq.Közü məşəl etmək çətindir, çətin.Sükunət içində tufan yaratmaq! –Budur ilk məramı şerin, sənətin.

Nəfsin toxumuyla yalan söz əkib,Haqqa, həqiqətə yadlaşan da var.Dünya nemətindən gözünü çəkib,Min dərdə, əzaba qatlaşan da var.

Hələ sənət deyil savad, istedad,Hər kərpic düzümü divara dönmür.Hər usta yazana deyilmir ustad,Hər “Məlik-şüəra” şüara dönmür.

Natavan deyildir hər cür xan qızı,Hər qadın hünərdə Məhsəti olmur.Sənətkar vicdanı, sənət yanğısıHər qələm əhlinin qisməti olmur.

Təbi təriflərə təbil olanıSaraylar zövqüylə dindirib çaldı.Şahlar əzizlədi Əbül Ülanı,Sənəti alçaldı, özü ucaldı.

Zamanın hökmüylə uçdu səltənət,O məddah şair də endi taxtından.Divarlar altında qaraldı sənət,Xalqına kəm baxan küssün baxtından!

Bir şeir günəşi doğlu o yerdə,İşığı daxmadan cahana düşdü.Bütün dahilərə oldu sərkərdə,Sədası zamandan zamana düşdü...

Yazan qələm olur, qaralan kağız,Əl var, yazdığının fərqinə varmır.Şair var, saçları ağarır yalnız,Camaat yanında üzü ağarmır.

Şair ürəkləri oxşaya bilməz,Xalqın nəfəsini şerə qatmasa,Təltiflə, fərmanla yaşaya bilməzƏgər sənətkarı el yaşatmasa...

Səbuhi bilirdi bu həqiqəti,Yaratmaq eşqiylə yanır, yanırdı,Qəlbində zamanın dərdi, möhnəti,Bircə qələminə arxalanırdı.

Sözlər parıltılı sözlər deyildi,Xalqın ruhu kimi sadə, rəvandı.Yazdığı adi bir əsər deyildi,Tarix qarşısında bir imtahandı.

Fikirlər minillik qəlibdən çıxıb,Köhnə yaraları sağaltmalıydı.Bütün ehkamları dağıdıb, yığıb,Sənətdə inqilab yaratmalıydı.

Düşündü, alnında əzab izləri,Özü də bilmədi haçan o yatdı.Təzə açılanda sübhün gözləriÖmür sirdaşını gəlib oyatdı.

– Ay Tubu, Ay Tubu, tez ol, bəri gəl,Xəzinə tapmışam, əsl xəzinə!O, durub heyrətlə soruşdu əvvəl:– Nə var, ay Fətəli, nə olub sənə?

Harda gizlənmişdi, necə tapmısan?– Bax, burdan! –Köksünü göstərir o dəm.Yerdə gizlənsəydi tapardım asan,Qəlbimə illərlə yollar gəzmişəm.Ancaq bilməmişəm nədir yorulmaq,Çünki sən olmusan arxam, köməyim.Evdə sənətkara pasiban olmaqƏn böyük vəfaymış, əziz mələyim!

Qoşa əllərində bir dəstə kağızOnun uçan qolu, qanadı kimi.Sıxıb sinəsinə öpür aramsızHəsrətdən doğulmuş övladı kimi.

Sanır günəş yanır evin içində,Sətirlər nurundan naxış-naxışdır.Dünya olan-olmaz sevincini dəBircə Səbuhiyə bağışlamışdır.

Onun sinəsinə qısılır Tubu,Gözündən yaş qopur o varaqlara.Dönüb on beş yaşlı qız olur Tubu,Qayıdır sevdalı, şirin çağlara.

Ən ağır günlərin dostu, sirdaşı,Ən xoşbəxt saatda görür ərini.Elə bil Ayla Gün durub yanaşı,İşığa qərq edir biri-birini.

Dostluğu baş tutsa ərlə arvadınBir koma yüz saray bərabəridir.Sənətkar qəlbini duyan bir qadınOnun yazılmamış şah əsəridir.

Səbuhi qapıya yanaşır bu dəm;– Bu gün özüm olum çaparım gərək.Əzizim, sevincdən dura bilmirəm,Dostlara şad xəbər aparım gərək.

O gedir qəlbində güclü bir səda,Şərəfli yoluyla təzə bir ömrün.Dünyaya gəldiyi qırx il olsa da,Xalq üçün doğuldu, yarandı bu gün.

Gedir qoltuğunda ciyərparası,İlk əsər, gözünün ağı-qarası.Vətəndir nəfəsi, ürəyi, canı,Qələmi söykənib el qeyrətinə.

Tiflisdə oturub, AzərbaycanıGüzgü tək göstərir öz millətinə.Sabah fağır kəndli, dərdli ana daSəhnəyə çıxacaq, geniş səhnəyə.

Göz yaşı tökənlər divanxanadaDeyəcək bu günə qalmışam niyə?Nə üçün acizəm, lal-karam görən?Özümə baxdıqca utanıram mən.

İlk əsər – səhnənin ilk qaranquşuHələ təzə çıxır qılıncı qından.Zamanla vuruşu, dinlə vuruşuBaşlanır ilk oddan, ilk qığılcımdan.

Hələ qabaqdadır çətin sınaqlar,Hələ çox səddləri o qıracaqdır.Səbuhi oduyla yanan varaqlarQəflət dünyasına od vuracaqdır.

Onun damarında coşub qaynayanQeyrət bulağıdır, kişilik qanı.Səssiz küçələrlə yeriyir bu anŞərqin fırtınası, Şərqin tufanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов