Ey gül, sənə dünyada bərabər yenə varmı?Səndən də gözəl sevgili dilbər yenə varmı?

Gülzari-cahanda, görəsən, səndən əlavəƏn incə, lətafətli güli-tər yenə varmı?

Qan tökməyə çox mahir idi gözlərin əvvəl,Ol fitnəli gözlərdə o şakər yenə varmı?

Bülbülləri mən tək gətirən şurə çəməndə,Bir bülbüli-şeyda mənə bənzər yenə varmı?

Yüz aşiqi bir rəmzlə Məcnun eləyənlər,Ol Leyli məlahətli gözəllər yenə varmı?

Öz aşiqinə zülm edə, biganəyə min naz,Bir sən kimi birəhm, sitəmgər yenə varmı?

Sultanlara, xaqanlara baş əyməyən əsla,Dərviş kəramətli qələndər yenə varmı?

Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,Kimdən soraq; ustadımız Azər yenə varmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви