Göstərmə məndən özgəyə, ey gül, cəmalını
Göstərmə məndən özgəyə, ey gül, cəmalını,Tanrım mənə nəsib eyləyə ta vüsalını.
Daim xəyali-vəslin ilə şad olur könül,Bildir mənə ürəkdə olan öz xəyalını.
Tale həmişə könlünü şad eyləsin sənin,Göstərməsin mən aşiqə dərdü məlalını.
Neylər ayı, günü, gözəlim, ya sitarəni,Lalə üzündə kim görə ol qarə xalını.
Yüz min gözəl yetirsə əgər kainat özü,Dünya üzündə, bil ki, yetirməz misalını.
Nazlı gözəlsən, olmalıdır səndə mərifət,Davran ədəblə, istəsin ellər kamalını.
Vahid, şikayət eyləmə ol nazlı yaridən,Bəlkə eşitdi, bildi sənin xəstə halını.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gosterme-menden-ozgeye-ey-gul-cemalini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!
Verməyən canını cananinə çıxsın getsinVerməyən canını cananinə çıxsın getsin,Kim qıyır eşqdə öz caninə, çıxsın getsin!
Ey gül, nə incəsən, nə gözəldir təbiətinRespublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur*Ey gül, nə incəsən, nə gözəldir təbiətin,
Ey şux nazənin, nə gözəldir məlahətin!Ey şux nazənin, nə gözəldir məlahətin!Heç kəs əsiri olmaya bir sən tək afətin!