Məcnunla vurdu bir gecə Leyli arasını,Min dərdə saldı aşiqi-bəxti-qərasını.

Məcnunun ahı eşq odunu yaydı aləmə,Bildirdi binəvalərə öz ixtirasını.

Fərhad eşq tişəsini çaldı başına,Nazik əlilə bağladı Şirin yarasını.

Əğyarə qorxudan demədim, sevgilim budur,Fürsət ki tapdı, artıracaq iftirasını.

Namərdə minnət eyləməz, əlbəttə, mərd olan,Ədnadır istəyən fələkin zər-xarasını.

Leylidən ötrü dözməz idi bunca möhnətə,Məcnun biləydi eşqimizin macərasını.

Vahid, bu Odlar ölkəsinin vermərəm, inanBəhri-mühiti-Hinduyə Kürlə Arazını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви