Gözlərin qarəsinə bir neçə qurban demişəm,Qaşların tağına qurban yerinə can demişəm.

Razi-pünhanımı xalq içrə mənim faş elədin,Bivəfa, mən ki sənə sirrimi pünhan demişəm!

Xublar cümlə gədadır səri-kuyində sənin,Sənə bu xublar içrə şəhi-xuban demişəm.

Qaşına tiğ dedim, qanımı tökmək nə üçün,Tut ki, zalım, nola bu barədə böhtan demişəm.

İnciyib çıxsa sinəmdən, yeri var, peykanınKi, neçün bağrıma gəldikcə basıb can demişəm?

Vahidəm, qoymayın, öldürdü o məhparə məni,Səhv edib gül üzünə mən məhi-taban demişəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов