Güldən artıq səni, ey cismimə can, istəyirəm!
Güldən artıq səni, ey cismimə can, istəyirəm!Gündə yüz yol edəsən bağrımı qan, istəyirəm.
Aşikar ağlasam hicrində, gülər biganə,Xəlqdən mən səni könlümdə nihan istəyirəm.
İncimə, gər səni əvvəlcə dedim, istəmirəm,Qılmadım sirrimi əğyarə əyan, istəyirəm.
Ayrılıq dərdi qocaldıb məni, qəmdən ölürəm,Yenə də mən səni, ey tazə cavan, istəyirəm!
Nə ola, bir də görəydim səni yanımda, gözəl!Belə bir fürsəti mən xeyli zaman istəyirəm.
Gül kimi bir dəfə öpməklə qızarmış yanağın,Demə, gəl mən də öpüm ki, qana-qan istəyirəm.
Vahidin, qəlbini incitmə, sınar, şairdir,Candan artıq səni, ey qönçədəhan, istəyirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gulden-artiq-seni-ey-cismime-can-isteyirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Görmədim bir zülm edən ol dilbəri-bədxu kimi,Kim tökər üşşaqilər qanini hər gün su kimi.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Bir qaragöz əldən aldı din ilə imanimiBir qaragöz əldən aldı din ilə imanimi,Bağlayıb zülfü ayağım, qaşı tökdü qanimi.
Keçən şəb, Nuriya, könlüm pərişan oldu, bildinmi?Keçən şəb, Nuriya, könlüm pərişan oldu, bildinmi?Mənə vəsli-nigarım döndü hicran oldu, bildinmi?
Стихи других поэтов · О разлуке
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Sən getdinSən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmРосинками из глаз моих жилье твое омою я,Ресницами сотру я пыль с порога твоего жилья.
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın