Hər kəsin dəhrdə səntək, gözəlim, dilbəri var,Xoş onun halına, dünyada nə dərdi-səri var?!

Qorxuram, naz ilə çox baxma, yaman göz çoxdur,Hər görən söyləyir həsrətlə: “Əcəb gözləri var!”

Düşün öz qədrini, aldatmaya biganə səni,Əlli yerdən, gözəlim, gözlərinə müştəri var.

Gözlərin bir yana, kirpiklərinə heyranəmKi, dəlir bağrımı hərdən, elə bil, neştəri var!

Bir dönüb baxmaq ilə aləmi zəncirə salır,O qara zülfünün, ey məh, nə yaman şəkəri var!

Böylə bir dami-bəladən necə qurtarmaq olur?Gözlərin tək, gözəlim, saçlarının rəhbəri var.

Vəslə yetcək nə üçün sirrini əğyarə dedin?İndi, Vahid, səni dindirməsə canan, yeri var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви