Könül, ol şuxə yaxınlaşma, onun əngəli var
Könül, ol şuxə yaxınlaşma, onun əngəli var,Bivəfanın nə olur axırı, nə əvvəli var.
Məndən ayrılmaz idi sevdiyim öz canımdı,Aramızda, görünür, gizli rəqibin əli var.
Çox çətin tərk eləsin aşiqə zülm eyləməyi,Nə qədər indi cavandır, hələ gəlhagəli var.
Aşiqi naz ilə incitməsə, dincəlməz o gül,Bu gözəllər arasında nə qədər işvəli var!
Bir gözəl ki, atıb öz yarını, əğyarı tuta,Qoru ondan özünü, axırı bir cəncəli var.
Bürüyüb Leyli məlahətli gözəllər vətəni,Demə “Məcnun” mənə, yüzlərcə mənimtək dəli var.
Vahid, ancaq bu vəfasızları məndən xəbər al,Xatirimdə olanın gör neçə cür heykəli var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-konul-ol-suxe-yaxinlasma-onun-engeli-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Daim cəmali-dilbərə məftun gözilə bax,Eşq aləmində Leyliyə Məcnun gözilə bax!
O vəfasız mənə bundan sonra yar olma, dediO vəfasız mənə bundan sonra yar olma, dedi,Sevmə hər bir gözəli, aşiqi-zar olma, dedi.
O bivəfa mənim istəkli yarım onda idiO bivəfa mənim istəkli yarım onda idi,Əsiri bir mən idim, ixtiyarım onda idi.
Canandı, bir də mən, gecə on bir tamam idiCanandı, bir də mən, gecə on bir tamam idi,Gizli deyib danışmağa əsli məqam idi.
Стихи других поэтов · О любви
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Kəmali-hüsn ki, sane o sərvi-nazə verəKəmali-hüsn ki, sane o sərvi-nazə verə,Dəxi nə hacət ona bir də zibi-qazə verə?
Gözəl BərdəUlu Nizaminin sevdiyi Bərdə,Uyuyur ulduzlu düşüncələrdə.