Misli-zəncir keçib gərdənimə türreyi-yar,Mənə divanə deyir, cümlə xəlayiq nə ki var.

Gülşəni-hüsndə bir dam qurub zülfündə,Qıldı səyyad gözün könlümü ol damə düçar.

Dəhənin sirrinə yol tapmadım, ey qönçədəhən,Getdi əldən nə qədər fikr elədikcə yoxü var.

Çeşmi-bimarımı gülşəndə görüb nərgis, odur,Oldu kəc gərdəni, heyrətlə baxır məstü xumar.

Eylərəm nalə, səni qeyrilə görsəm, necə kimBülbül ağlar, görə gülşəndə gülün həmdəmi xar.

Qeyrilər bəzmini şəmi-ruxin eylər rövşən,Aşiqi-zarın edərsən gününü tirəvü tar.

Tovqi-zülfü o şəhin boynuma keçmiş, Vahid,Söyləyirlər mənə divanə, xəlayiq nə ki var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви