Ey Vətən, ey əziz istəkli yurdum,Sənin qiymətini kimdən ki, sordumSəni müqəddəs bir ana dedilər,Bilsən ki, sevirəm səni nə qədər!Görməz xəyalınla gözlərim yuxu,Məni düşündürməz bir başqa duyğu.Bir sənin eşqinlə xoş keçər günüm,

Haqlıyam, mən əgər daim öyünüm.Vətənin qədrini bilməyən dəni,Elinin, yurdunun odur düşməni.Vətəndir insana ən böyük şərəf,Anasız körpələr tez olar tələf.Ey ana torpağım, ey Vətən yaşa!İndi ki çatdırdın məni bu yaşa.Qorxacaq deyiləm, igid oğlunam,İgidlər yetirən, ey əziz anam!Mənim zəhmətimi az çəkməmisən,Məni cəsarətlə sən bəsləmisən.Borcluyam, hər zaman qoruyam səni,Hazıram əzməyə xain düşməni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине