Dünya söndükcə sən görünürsən, İlahi
Min ildi, milyon ildiGöylərdə ayaqyalınSənə sarı qaçıram,ayaqlarım sevinir,yolum sevinir, Allah,Hər gün sənin göyünəmismarlanır qollarım,mismarlanır, dincəlir,qolum sevinir, Allah.Sevgin, ancaq sevgin varbütün kainat boyuqanrılan, qanı damanqollarımın gözündə,bəs nədən əzab gəzirqolumu dəlib keçənmismarların üzündə?!Min agrıyla, əzablaNecə qıvrılır onlar,Heç ağrı yoxdu mənə,quş kimiyəm, İlahi,yenə uçuram sənə,Qolumdakı mismarlaryalvarırlar ağrıdan,yalvarırlar əzabdan,Xilas elə onları,Xilas elə, İlahi,Xilas elə əzabdanBoynumdakı kəndiri,Altında dayandığımBu dar ağacını da,xilas elə, İlahi.
Hər an bu göyüzünə,həm də sənə tuşlanan,yenidən dönə-dönəməndən keçən gülləniağrılardan, əzabdanxilas elə, İlahi.
Şükür, İlahi, şükürMin ildi, milyon ildiBağlayıb yollarımıBir-birinin ucuna,Gəlib çatdım axırıSənin dar ağacına,Kəndirin dartıldıqcaboynum dincəlir, Allah,Boynum dincələn görübTez vururlar boynumu,Çiynim dincəlir, Allah.
Şükür, şükür, çox çükür,Sən yenə göyüzündənyerə enirsən, İlahi,dünya gözümdə söndükcəsən görünürsən, İlahi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-dunya-sondukce-sen-gorunursen-ilahi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çox çətin işdi,Həm də gülməlidi ölmək-
Yuxusuzam, laylamMənim də qanadım ol, qara bulud,məni də qaldır qat yağışına,
İlk sevgi andı – ilk qanad andıHər gün neçə-neçə lələyi qanada çevirib dünyaya uçurdan Fikriyyə – Aşkiyyə xanıma*– Səs salma, ay qağayı!
Ancaq Tanrı uça bilən təzə göy açar hər təzə çatGörürəm, Tanrım, yenədünya dönür öz üzünə,
Стихи других поэтов · О божественной любви
Qarmonunda dərdimizi çalırsanYanır oda dinləyən də, çalan da.
EyləyirÜsuli-din demək dinin köküdü,Tohidi-bir Allah aşkar eyləyir.
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın