Şam nə gəzir, qəm nə gəzir bu dünyada
(şamın, qəmin bu dünyadan xilas olması)
– Kimin var qəmdən gülməli,Həm də qəmdən şıq geyimli,Həm də, həm də qəmdən dəli,?!– Qəmim var qəmdən gülməli,Həm də qəmdən şıq geyimli,Həm də, həm də qəmdən dəli.– Şam da, şam da dəlidi,Həm qəm kimi gülməli,şıq geyimli, işıqlıdı,Həm də, həm dəQəm kimi yaraşıqlıdı.– Yox, şam qəmə çata bilməz,Qəm şamdan tez alovlanar,həm işığı çox olar,həm də min illərcə yanar.– Onda gəl, qəm yandıraqQəmlə qanadlanmağa,Qəm tapmasaq, Şam yandıraqŞamla qanadlanmağa.– Bu dünyada şam nə gəzir,Bu dünyada qəm nə gəzir,ay dəli, qəm nə gəzir!Lap elə, adam nə gəzir!Ay dəli, bu dünyada, bil,qəm qəm deyil, şam şam deyil,heç adam da adam deyil.Gəl, bir yerdə diz çökək
iki şamtək, iki qəmtəkbiz özümüz yanaq elə,mən yenə Qəm yerinə,sən yenə Şam yerinə,həm də adam yerinə,
– Gəl, ay dəli, indi yenəiki şamtək, iki qəmtəkduraq üzü göyüzünə,dua oxumayaq ancaqmən yenə Qəm yerinə,sən yenə Şam yerinə,həm də Adam yerinə.
– Şam da durmur bu dünyada,Qəm də durmur bu dünyada,Ay dəli, Qəm də durmur,dua durar bu dünyada?!– Gəl, min illik, milyon illikbir tənha səssizlik tapaq,tapıb onu duya bilək,min il, milyon il öncəkiminsə deyib getdiyidonub qalan dua bilək,sonra hamı, sonra hamımin il, milyon il sonuo səssizliyin içindəntapsın öz duasını,tapıb onun könlün alsın,könlün alsın, könlün açsın,o duanın içindəcəağaclar çiçək açantəköz şamın, öz qəmin açsın.Sonra şamıyla, qəmiyləqanad qanada verib
hərə öz göyünə uçsun.– Biz də, biz də uçaq, uçaq,ayrılaq, görək, dünyanınbirləşən yolları nə çox,ayrılıq ancaq yerdədi,göyüzündə ayrılıq yox,bu da ləzzət versin bizə,ayrılıq oynu oynayaq,elə hey ayrılaq görəkhara uçsaq yan-yanayıq,yan-yanayıq, yolumuz bir,uçub, uçub birdən görəkqanadımız, qolumuz bir.Durub bizə baxanlar dabaxıb bizdən qanad alsın,hamısı, hamısı birdənqanadlansın, qanadlansın.
Dağlar, dənizlər,çöllər, düzlər qanadlansın,üzü dünyanın üzündənüzülən üzlər qanadlansın,«ölürəm» – deyən anındayıxılan dizlər qanadlansın.Qanadlansın, qanadlansınbədənlərdən ruhtək, cantəkucalan Ah qanadlansın,göyüzündən doğma Allah,yerüzündənyad Allah qanadlansın.
– Uçaq üzü göyüzünəuçub, uçub birdən duraq,diz çökək göyüzündə,diz çökək göyüzünün
ən çiçəkli düzündə,ən ulduzlu dənizində,duaların uçub, uçubyorulub durduğu yerdə,ağlayan lələklərinağrıyan lələkləriovuşdurduğu yerdə,biz də bir də öpə-öpəsığallayaq dualarınsoluxan ləçəklərini,ağrıyan lələklərini.Sonra hamısına tək-təkbircə-bircə «can» – deyək,«can» – deyəkmən yenə Qəm yerinə,Sən yenə Şam yerinə,həm də Adam yerinəSən məndən həm işıqlı,həm dəli,həm də gülməli yenə.
– Allah da belədi, dəli,Allah da belədi, dəli,Allah da belədi, dəli,ilk şamından,ilk qəmindən də qabaq,son şamından,son qəmindən də sonrabu dünyada hər insanainsan özü eşitmədənhər an, hər an «can» – deyir O,həm də Allah hər insanaən köməksiz anındaancaq bir yol kömək edir,qalan vaxtlar baxır, görür,
baxır, görür, həm də hər an«can» – deyir hər canlıya,Biz özümüz düymadanHamımızı duya-duya,Tumarlaya-tumarlaya«can» – deyir gecə-gündüz,həm də hər an ümid verir,ümidi dünyadan güclü,«can»ı dünyadan əziz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-sam-ne-gezir-qem-ne-gezir-bu-dunyada
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Oxşa məniMehriban sənəmim, şöhrətim mənim,Aşiqinəm dərdim bil, oxşa məni.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.