Ay ürək, a baş, a bədən,əl çəkin, əl çəkin məndən,ancaq canım açanda,canım uçanda bilirəmsiz varsınız,bu göy, göyüzü deyilənqəfəs sizdən yaxşıdı,siz göydən də,göyüzündən də darsınız.

Ancaq bu can açanda,bu can uçanda bilirəmnə qış qış, nə yaz yazımış,sevgidən dəli olmağabu dünyada dəlilik də,sevgi də, eşq də azımış.

Çıxıb gedirəm, gedirəmbu göyüzünün altındasevmədiyim bir tikan,bir gül qoymaya-qoymaya,gedirəm, Tanrım, gedirəmdaha eşqli bir dünyayaeşqdən doymaya-doymaya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yerüzündən Kainata top, tank nəriltiləri

Yerüzündən Kainata top, tank nəriltiləri, mərmi, mina, bomba gurultuları ucalmaqdadır. Onların altında səssiz minalar: – «De məni sevirsən», – «Mən səni cocuqtək sevirəm», «yenə de», – «mən səni cocuq anasına qısılıb anasının qucağında itəntək sevirəm», – «Yenə, yenə de» – «Mən sənin qoynuna qısılıb qoynunda, boynuna dolanıb boynunda, ulduzuna, ayına, dolanıb ulduzunda, ayında itmək istəyirəm» – «yenə, yenə de!»Ehey! Kainatın o başındakılar! Gurultunuzu da, nəriltinizi də eşidirəm. Deyəsən, məni sevdiyinizi qışqırırsınız, mən də, mən də sizi sevirəm. Sizi sevirəm, sizə sarı uçuram, sizə sarı uçuram.

1 мин
Tanrım, bütün kainatda hamını hamıya sevdir

Tanrım, bütün kainatda hamını hamıya sevdir, həm də hamı hamını sevdirsin, hamı bu dünyaya sevgi yuvasına girəntək girsin, üzü heç gülməyənlərin də üzü gülsün, ən çox sevdirənlər ən çox sevilənlərdən olsun, İlahi.Tanrım, hamını ilkin yaratdığıntək

1 мин
Allaha

Vətənə – ancaq Ruhdan Bədənə,düşmən oxun haqlamağa

1 мин
Boş görünən bu yer əslində, boş deyil

Boş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.

1 мин

Стихи других поэтов · О любви