Bir eşqin ruhu ruhunda,Min dərdin canı canındahər an bir daha, bir dahadərd arasına enər şair,yeni-yeni dərdlərin dəşirəsini çəkə-çəkəeşq arısına dönər şair.

Dönər eşq arısına,dərdi verər yuxuya,eşqi gələr oyada,Şair çəkəndən sonra,dərdmi qalar dünyada,şair sevəndən sonraeşqmi qalar dünyada?!

Eşq şairin yaraşığı,dərd şairin yarağı,yarı dərd,yarı eşq kitabı bu dünya,Hər şairlə yazılar,Çevrilər bir varağı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви