(sonsuz poema – göyə sonsuz yol)

Mərdəkan uşaq evinə

O qız doğulan günAnası son nəfəsindəuzatdı əlini qızına sarı,qızı əvəzinəəli dəydi Tanrının ətəyinə,Getdi əli Tanrının ətəyində,gözləri yaşda,O körpənin bir kəsi qalmadıTanrıdan başqa.Tanrı baxıb, baxıb onu da gördü,görən kimi də qızlığa götürdü-O mübarək axşam Tanrı baxıncaqaranlığın ən şirin yerindənuçub gəldi üç mələk,birinin əlində güzgü,ikisinin əlində şam.Şam işığındakörpə baxıb gülümsündü Tanrıya,Baxdı Tanrı gülən körpəyəbaxdı Tanrı gülən güzgüyə,baxdı Tanrı yanan şamlara,bəxti göylərin ən gizli,ən güzgülü yerindənqızın ayağına gətirdi,Xəbərləri olmadankörpəni də, şam işığını da,güzgünü də qızlığa götürdü.

O qız böyüdükcə böyüdü,böyüdükcə unutdu

şamları da, güzgünü də.Xəbəri olmadı ancaq,hara gedirdisə, yenə o üç mələkgedirdi onun dalıncabirinin əlində güzgü,ikisinin əlində şam.

O mübarək gözəlin adınatökülüb gəldi elçilər.Bir gecə yarıömründə ilk dəfə o gözəl qızyuyurdu kişi köynəklərini,qəfil söndü işıqlar,yenə uçub gəldi üç mələkbirinin əlində güzgü,ikisinin əlində şam.Qız baxdı güzgüyə şam işığında,titrətmə tutdu qızı,güzgüdən ona baxırdıtəzəcə ona boylu olmuş anası.

Son nəfəsində o qızınnəvələri durmuşdu baş ucunda,illər ağarmışdı saçında,uçdu «Ana» deyən anda səsi,güldən qopan gül ləçəyitəkuçdu son nəfəsi də,Yenə səssizcə uçub gəldi üç mələkbirinin əlində güzgüikisinin əlində şam.Son nəfəsində gördü, tanıdı o qızdoğulan günü gördüyü o üç bacını.İki şam işığıiki bacı barmağıtəkbağladı qızın gözlərini,

güzgüdə qaldı son nəfəsi,özü uçub getdianasının qucağına,çatdı baxdı, gördü anası daöz anasının qucağındalap körpəcə uşaqdı,o da anasının qucağındaondan da körpə bir uşaq.Heç demə, ölmək-Qayıtmaqmış təzədənÖz yurduna, ocağına,qayıtmaqmış təzədənanaların qucağına.

... yetim doğulanların hamısınındalınca uçano üç mələkuçub getdi o qızın dalınca o axşam,birinin əlində güzgü,ikisinin əlində şam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви