Ömrü uzunu xəbəri olmadı qanadlarından,Böyrünə yapışan qanadlarınıbir dəfə də aça bilmədi, uça bilmədi.Ayağında qandalı da vardı,ayağındakı qandaldan xəbəri vardı ancaq.

Uşaqkən sevindioyuncaqlarını alan uşaqların sevincinə.Böyüdü, hər küçədə, hər tindəhər dində adamlar aldatdı onu,sevindi, sevindi yenə.Ancaq onun hər şeyə sevinməyinədünya dözə bilmədi daha,Axırda sevinməyi qadağan elədilər ona-,O da başladı özgə dərdinə ağlamağa,çox ağlaya bilmədi ancaq,dərd o qədər çoxudu dünyada,gücü yetmədi gücünə,yıxıldı bir göz yaşının küncünə.

Ölmüşdü, amma hələ diriydi gözləri,Gözlərindən axıb tökülürdü yaşlarayağındakı qandalın üstünə,damla-damla əridirdi yaşlar qandalı,qandal əridikcə açılırdı qanadları.

İndi bir damla göz yaşı durarbu dünyanın ortasındauçub qalxan o adamdan yadigar.Kim baxarsa o göz yaşınaçıyinlərində öz qanadlarını görər,ayaqlarında öz qandalını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов