Bəzənibdir
Yarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,Gülşəndə, sanasan, güli-xəndan bəzənibdir,Xurşidə müqabil.Sübhi duruban cilvə verir iki yanağə,Dünyaya salır nur,Bir hüsni-bədi-tələti-taban bəzənibdir,Xoş rövnəqi kamil.Fitnə gözünə sürmə çəkib, qaşinə vəsmə,Can almağa durmuş,Hər qəmzəsi bir afəti-dövran bəzənibdir,Bir qəmzəsi qatil.Ənbərmi və ya müşki-Xətən, reyhan iyidir,Hərdəm gəlir ondan,Səndəl qoxulu zülfü pərişan bəzənibdir,Qarətgəri-kamil.Vaqif, nə tamaşə, nə əcayib, nə qiyamət,Ərər xəcil oldu,Ta gördü ki, ol sərvi-xuraman bəzənibdir,Aləm ona mail.Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,Məcmueyi-xubana şəhənşah gələydi,Edəydi ədalət.Hicran, mənə sən çox elədin zülmü sitəmlər,Səndən edərəm mən,Fəryadıma ol xosrovi-dərgah gələydi,Gör kim, nə şikayət.Biləydi ki, Fərhad kimi təlxməzacəm,Bir dadə yetəydi.Ol ağzı şəkər, sözü şirin xah gələydi,Edəydi inayət.Vaqif, gecələr eyləmək olmaz qəmə dərmanGər olmasa həmdəm,Allahdan olub lütf o həmrah gələydi,Qıl gündə mübahət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bezenibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zulflərin sunbuldur, yanağın lalə,Baxışı tə’n edir vəhşi qəzalə,
Neyləmişəm məndən üz döndəribsənNeyləmişəm, məndən üz döndəribsən?Allahı sevirsən, bir gəz bəri bax!
OlaXublar arığından yarımaq olmaz,İyidin həmdəmi gərək çağ ola.
OlurHər yeten gözələ gözəl demenəm,Gözətdə bir qeyri əlamət olur: