Bir nimtənə kim, ta ola zərbəftü nikutər
Bir nimtənə kim, ta ola zərbəftü nikutər,Diba ona möhtac,Mətnində tamam rabitə mövzunu sərasər,Tək haşiyə qıyqac;Üstündə onun aşiqü məşuq müsəvvər,Dil şövqünə minhac;Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,Nəzzarəsi bəhhac;Tiri-nəzəri-əhli-təmaşayə müqərrər,Hər butəsi amac;Içində onun şölə verə tələti-dilbər,Ta bəndeyi-vəhhac;Görən deyə bu mahdır, ol çərxi-pürəxtər,Ya bəhri-pürəmvac;Kəbə evinin örtüyünə duta bərabər,Simasını hüccac;Gər düşsə ətəyi ələ, əlbəttə, tez eylər,Bizdən qəmi ixrac;Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər,Könlü edə tarac.
Şənü əşrəfi xələti-şahanədən artıq,Pirayeyi-şövkət;Fərrü fərəhi zibi ərusanədən artıq,Sər dəftəri-ziynət;Tənü tərəbi nəşəyi-peymanədən artıq,Zövqi-meyi-cənnət;Zər düymə giribanına dürdanədən artıq,Mənzum ola, əlbət;Əqli gedə, sərxoş divanədən artıq,Onu geyən övrət,Dönə ərinin başına pərvanədən artıq,İşlər tapa surət;Zülfə bu dönüm sarmaşa əl şanədən artıq,Candan çıxa həsrət;Oxuna bucaqlarda kütubxanədən artıq,Ehkami-şəriət;Tərifi düşə dillərə əfsanədən artıq,Ta ruzi-qiyamət;Cəm olsa əgər bir yerə yüz cameyi-əkbər,Cümləsinə sərtac.
Ol vaxt ki, şod hazirü mövcudü mühəyya,Inrəxti-dilaviz,Bayəd ki, fürüstadə şəvəd zud bəincaƏz peyk səbükxiz,Əz bəhri-hüsuləş binişin, fikri bifərmaGu çareyi-təcviz,Nəleyn-bə papuş ze-ahən bəkəf əmmaDərgir əsa niz,Ziri-qədəm əfkən həmə məxluq sərapaBa nikü bəd amiz,Mipors zi-hər millətü hər cins, xüsusaƏz mərdümi-Təbriz,Rov zəhməti, imruz bikəş əz peyi-fərdaEy puri-dilaviz!Nə ğüssə zi pəs xorü, nə əz piş qəm əslaBi pərdəvü pəhriz,Tən deh bəqəza baş peyapey peyi-sevdaMəngəh bə digər niz,Ta anki bizayi pesəri ey Əbu-CəfərÇün düxtəri-sərrac.
Zahir ki, mənə tənü təərrüz yetən eylər,Yəni ki, flani,Imdən geri arayişi-əsbabi-zən eylərTevri-Sefəhani,Bu bidəti nə ləzgi və nə şahsevən eylərNə kürdi-Kolani,Derlərdi ki, külfətlərinə pirəhən eylərKirbasü kətani,O böylə deyildi görəsən ki, nədən eylər,Kim azdırıb ani;Seyrani gülüstanə məgər ki, gələn eylərTəğyir həvanı,Özün ki, qocalmış kimi xoy dəyşirən eylərOğlani-zəmanı,Rişxənd edibən daxi neçün çöp dərən eylərHatəm xan ağanı,Neylim, tuturam mən qələt anı deyən eylərFərmani-xudanı,Böylə buyurubdur ər edə övrətə zivərOl xaliqi-əzvac.
Vaqif ər olan övrətə heyran necə olmaz,Çağ etsə damağın?Heyran ki, olur bəndeyi-fərman necə olmaz?Sözün sölə sağın.Sevməzmi, nə sözdür, dili suzan necə olmazPərvanə çirağın?Dönməzmi hübabə, evi viran necə olmaz,Yıxmazmı otağın?Həmdəmsiz igid çaki-giriban necə olmaz,Açmaz yaxa bağın?Al qana boyar, qərqeyi-tufan necə olmaz,Göz qarasın, ağın?Qönçə dəhənin görməsə, giryan necə olmaz,Xəndan dodağın?Ol xanəxərabın ciyəri qan necə olmaz,Boş görsə qucağın?Peşkəş belə yoldaşına baş, can necə olmaz?Onun ki, ayağınGötürmüş ola çiyninə peyğəmbəri-sərvərOl sahibi-merac.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bir-nimtene-kim-ta-ola-zerbeftu-nikuter
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Getdim ala gözlü yarla danışam,Dedi oğlan, dur get, söz vaxtı deyil.
VaqifinEy Məkkəni, Mədinəni yaradan,Bir fikir çək əhvalına Vaqifin.
Vidadi ilə müşahirəVaqif, nə tez sənəmlərdən əl çəkdin,Birin bir inəyə qiymət eylərsən,
YoxdurKür qırağının əcəb seyrangahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Стихи других поэтов
Hər kipriyin bin ox kimi canan batırsan sinəmə,Qaşlar da üdvan seyfi tək zərbət urar qan sinəmə!
یارب دل خون گشته ز مژگان که جسته است؟این قطره گرم از دل سوزان که جسته است؟
Qarı ilə deyişməAşıq Hüseyn*Sənə qurban olum nənə,
Düşüb millət arasınaBu ədavət nədir, balam,Düşüb millət arasına?