Vaqifin
Ey Məkkəni, Mədinəni yaradan,Bir fikir çək əhvalına Vaqifin.Ol qaşı qibləyə üz sürtmək istər,Mədəd eylə iqbalına Vaqifin.
Gözündən irağa düşübdür yarı,Kəsilib könlünün səbrü-qərarı.Üz çevirmiş yenə Mədinə sarı,Nə düşübdür xəyalına Vaqifin.
Mənim yarım deyil ol Kəbədən kəm,Xal həcərül-əsvəd, dəhanı zəm-zəm,Bir zaman olsaydım onunla həmdəm,Xət çəkilər vəbalına Vaqifin.
Sərxoş durub mina boylu sağıdan,Yaralıdır qəmzəsi ol yağıdan.Zülfü ənbər – ağlı başdan dağıdın;Nə sözü var kamalına Vaqifin.
Yüz zülfü pərişan, hindu xal olsa,Yüz şəkər göftarlı, ləbi bal olsa,Yüz şirindil, ənbərbu maral olsaYetə bilməz maralına Vaqifin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-vaqifin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah,Şərm edər onun üzündən mahi-ənvər hər sabah,
Neylərəm, belə munun mən... iqbal içinəNeylərəm, belə munun mən... iqbal içinə,Handa üz tutdum isə, düşdüm elə qal içinə,
Ey gül, sənə yoxdur bu nəzakətdə qərinəEy gül, sənə yoxdur bu nəzakətdə qərinə,Kuyin çəməni tənə vurar xüldi-bərinə.
Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməzSevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz,Can riştəsi geysuyi-sitəmkərdən üzülməz,