Durnalar
Bir zaman havada qanad saxlayın,Sözüm vardır mənim sizə, durnalar!Qatarlaşıb nə diyardan gəlirsiz?Bir xəbər versəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad elləri,Gözləyə-gözləyə qalıb yolları,Asta qanad çalın, qafil telləriHeyifdir, salarsız düzə, durnalar!
Xeyli vaxtdır yarın fərağındayam,Pərvanə tək hüsnün çırağındayam,Bir ala gözlünün sorağındayam,Görünürmü, görün, gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin,Bədnəzər kəsibən, ziyan verməsin,Saqın gəzin, laçın gözü görməsin,Qorxuram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz,Ruhlar tazələnir, olur sərəfraz,Vaqifin də könlü çox edər pərvazHərdən sizin ilə gəzə, durnalar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-durnalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kür qırağının əcəb səyrəngahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!
QabağındaO şux qəmzələrin, xəncər kirpiyinGundə olur yuz min qan qabağında,
Qurban olduğumSallana-sallana dövlətxanadan,Bir çıxa boyinə qurban olduğum.
Vaxtı deyilBir fitnə fellinin, üzü xallının,Bir şirin dillinin qurbanıyam mən.
Стихи других поэтов
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Niyə uçdu?Uçdu mələkim, qaldı mənə dərdü məlalı,Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!