Bir yuxuya ki fil girə
Bir yuxuya ki fil girə,fil girə yuxuya Afrikadan, Hindistandan,ən yaxın heyvanxanadan beləmin kilometr uzaqda görülən yuxuya,neyləyəsən, neyləyəsənbu yuxudan ayılandan sonra?Nəyə, necə yozasan bu yuxunu,ya kimə, harda danışasan onu?Axı neçin, neçin fil girsin,fil xortumla şeypur çalsınburda, ay kişi, burda görülən yuxularda?Yox, deyəsən ya mən dəliyəm, xəstəyəm,ya hardasa bir filin ruhu azıb yolunu,çaş salıb aləmi,qarışdırıb yuxuları,bu yuxuyla açmaq istəyir, bəlkəruhunun kor gözlərini...1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-bir-yuxuya-ki-fil-gire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Utanıram, TəbrizimUtanıram, Təbrizim səndən,Söz vermişdim –
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.