Yağır, yağır, yaman yağır
Yağır, yağır, yaman yağır,çoxdan yağır...olmasaydı navalçaların səsi,yağışın köpüklü şırıltısı,deyərdin qoy yağsın, qoy axsın,yağmurdan savayı bir şey yoxdur,olmayıb, olmayacaq dünyada,həyata, yerə elə biz də göydənyağa-yağa gəlib çıxmışıq,anamız qara bulud,atamız şimşəkdir,günəş isə düşmən əməlidir,kimsə qurutmaq istəyir bizi,əlimizdən almaq istəyirköpüklənən navalçaların səsini,sözümüzü, nəğməmizi...1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-yagir-yagir-yaman-yagir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yenə qumlu sahil, yenə sərin bağ,Yenə axşam düşüb meynəliklərə.
Bir axşamDənizin firuzə gözlərindəkölgələr titrəyir, sıxlaşır.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.