Səhər gəlsə o qorxduğum,təngə gəlmiş arzuların bəxti gətirəcək,gecə gəlsə,yorğun yuxular can qurtaracaq məndən.Sərxoş olsam, yaxınlarımın,ayıq olsam,öz canım qurtaracaq canımdan.İnan, çiynindən düşüb,torpağın belinə yük olacağam.Bəlkə bir ruh çəkisindəqalacağam buralarda,gözlərə görünməyə-görünməyə.İçimdən bir-birinə salam verəcəklər,maşın sürəcəklər içimdən neçə-neçə.Və kimsəyə deyə bilməyəcəyəm ki,eşikdə yağış yağır, qar yağır,bir kəsin tuta bilməyəcəyəm əlindən.Ruhum da mənə bənzəyəcək,mən ruha indi oxşayan kimi...

1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов