Gözünün yoluna çıxmışam indi
Nuşabəyə
Gözünün yoluna çıxmışam indi,İndi gözlərinlə məni çək, apar,Hər atdığım addım daha sənindi,Amma, qurban olum, məni tək apar.
Bu yolda bir kəsi qoşma yanıma,Gözümü yəhərlə, baxışımı sür,Sal məni dağ-daşa, yanma canıma,Çatlasam, rəhmət de, nal töksəm — şükür.
Yalvarsam, ağlasam, çəkmə yüyəni,Səyirt ömrün boyu mənzilbaşına,Amma gözlərinlə sür apar məni,Özün yetir məni qoca yaşına.
Qoy sənin qapında durub qocalım,Yalmandan ağarıb, dişdən saralıb...Apar, burda qoyma, qadanı alım,Başımın üstünü quzğunlar alıb...1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-gozunun-yoluna-cixmisam-indi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Əhli-həyatə söylərəm, ey həyyi-laməmatƏhli-həyatə söylərəm, ey həyyi-laməmat,Fani cahanda kimsəyə munis deyil həyat.
Barışa bilməzEy afət, sanma ki, yaralı könlüm,Dərdini aləmə danışa bilməz.