Biriniz buraya gəlin bu axşam
Biriniz buraya gəlin bu axşam,Başım sığal üçün qəribsəyibdir,Bu səhər heyrətlə yerə baxmışam,Gözümə bir qərib kölgə dəyibdir.
Görmüşəm kölgəmin düşdüyü daşlar,Ovulub torpağa dönmək istəyir,Gələn beşillikdə, əziz yoldaşlar,Ulduzlar deyəsən sönmək istəyir.
Qupquru quruyub yerin gözləri,Qaralan qaralıb, solan solubdur,Yağış duasının bütün sözləri,Bu eldə-obada unudulubdur...1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-biriniz-buraya-gelin-bu-axsam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Bu məhəbbət oyunuqəribəydi, qəribə
Müstədam olğıl həmişə, ey gözəl xanım mənimMüstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
دلی دارم ز سودایش پر آتشدلم گرمست و جان گرمست و سر خوش
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.