Göyün sözü göydə qalar
Göyün sözü göydə qalar,Yerin sözü - sinəsində,Deyilməmiş sözlər vardır,Bəlkə quyu nənəsində.
Getmədik cin səsləyəndə,Hay vermədik harayına,Ağ qoçdan ayrılıb getdik,O bir yana, biz bir yana.
Damdabaca tək ağladı,Ay göydə bədirlənəndə,Görmədik başımız üstdəSimurq quşu hərlənəndə.
Odunsuz qaldı meşədəBir qış küpəgirən qarı,Vərəm tutub öldü fağır,Görə bilmədi baharı.
Ağ gəldi, qara su gəldiTəpəgözün tək gözünə,Kor olub düşdük ömürlük,Bir başqa korun izinə.
Nağıl böyüyə bilmədiBizimlə çiyin-çiyinə,Viran qalan uşaqlıqdanBayquş səsi gəldi yenə...
1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-goyun-sozu-goyde-qalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dürdanəni səngi-siyah içindəHəsrət gözüm görən kimi tanıdı.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
Лаали-манзуме, глава 33در سرّ و عیان مظهر اسرار علیستدر موت و حیات مصدر کار علیست