Nəyinsə qorxusundan,kiminsə xoş yuxusuəlindən düşüb, sınıb.Yuxu qırıntılarıayaq altda tapdanıb,küçələrə atılansiqaretlərdən yanıb...Bu yuxu daşlarındantəsbeh oynadır kimsə,daşlar xeyrə cütlənib,hamısı gəlir nəsə,zildə qala bilməyib,yuxu da enir pəsə.İndi bu bəm aləmdəgedəsən hansı səsə?Gözlərə nə görünür,dünya nəyə bürünür?Göydə uçan yuxular,indi yerlə sürünür...Neçin düşür yuxular?Ya əllər zəifləyib,ya yuxular daş olub,şər də tək qaldığından,xeyirə yoldaş olub.Gecə ay qorxusunda,gündüz gün qorxusundayerə düşüb, sınarıqömür-gün yuxusunda...1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов