Quldarın qulsuz günü,Yolçunun yolsuz günü,Şairin pulsuz günü,Yenə baş alıb gedir,Başa daş olub gedir...Gedir daşa dəyməyə,Gözdə yaşa dəyməyə,Dəyib daşa dönməyə,Dəyib yaşa dönməyə,Dönüb şama, çırağaYavaş-yavaş sönməyə...Sönüb zülmət olmağa,hər yana-sola, sağaQara işıq salmağa,Yenə doğma qalmağa...

1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов